Prezidentin Mətbuat Xidmətinin Məlumatı

 

Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Rusiya Federasiyasının Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik etmiş, ona Prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır.

Azərbaycan Prezidenti təbrikə diqqətə görə Dmitri Medvedevə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları 2010-cu ili ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu il kimi dəyərləndirmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini bildirmişlər.

Rusiya Prezidenti Dmitri Medvedev 2010-cu il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu da ünvanlamışdır.

Məktubda deyilir:

 

Azərbaycan.- 2010.- 25 dekabr.- S. 1.