Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm!

Prezident vəzifəsində Sizin fəaliyyətinizi haqlı olaraq Azərbaycanın - müasir dinamik inkişaf edən dövlətin yeni uğurları ilə bağlayırlar. Ölkənizin iqtisadiyyatda sosial sahədə sanballı nailiyyətləri, onun beynəlxalq aləmdə nüfuzunun durmadan artması yüksək qiymətə layiqdir.

Aramızda yaranmış mehriban şəxsi münasibətləri yüksək qiymətləndirirəm. Sizin Rusiya-Azərbaycan strateji tərəfdaşlığını genişləndirmək əzminiz dostluq mehriban qonşuluq ənənələrinin möhkəmlənməsinə, dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın davamlı inkişafına hər cəhətdən kömək edir.

Əminəm ki, Rusiya Azərbaycan arasında fəal qarşılıqlı əlaqələrin bundan sonra da davam etdirilməsi nəinki ölkələrimizin xalqlarımızın mənafelərinə xidmət edəcək, həm Qafqazda sabitliyin təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərəcəkdir.

Sizə cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq tərəqqi arzulayıram.

 

Dmitri MEDVEDEV,

Rusiya Federasiyasının Prezidenti

Moskva, Kreml, 18 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 25 dekabr.- S.  1.