Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
İcazə verin, ad gününüz münasibətilə Sizə
ürəkdən gələn
ən səmimi təbriklərimi yetirim. Sizə səmimi qəlbdən möhkəm
cansağlığı, xoşbəxtlik
və ali dövləti fəaliyyətinizdə
uğurlar arzulayıram.
Tam əmin olduğumu
bildirirəm ki, Sizin təcrübəniz gələcəkdə də
Azərbaycan Respublikasının
uğurlu inkişafına,
habelə ölkənizin
beynəlxalq aləmdə
rolunun möhkəmlənməsinə
kömək edəcəkdir.
İcazə verin, fürsətdən istifadə edərək, bir daha ümidvar
olduğumu bildirim ki, Moldova Respublikası
ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri, qarşılıqlı
anlaşma və səmərəli əməkdaşlıq
ölkələrimizin xalqlarının
tərəqqisi və rifahı naminə bundan sonra da güclənəcəkdir.
Səmimi hörmətlə,
Mixay GİMPU,
Moldova Respublikası
Prezidentinin vəzifəsini
icra edən
Kişinyov, 24 dekabr
2010-cu il
Azərbaycan.- 2010.- 25 dekabr.- S.4.