Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu!

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə xas olan istedadlı rəhbər, əsl vətənpərvər keyfiyyətlərinizi səylə Azərbaycanın tərəqqisi vətəndaşlarının rifahının yüksəlməsi naminə xidmət işinə yönəldirsiniz.

Azərbaycan Sizin rəhbərliyiniz altında fəal xarici siyasi xətt yeridir, dünya regional səviyyəli mühüm problemlərin həllində etibarlı konstruktiv tərəfdaş kimi çıxış edir.

Əminəm ki, Sizin gücünüz enerjiniz, dövlət xadimi siyasi xadim kimi təcrübəniz bundan sonra da mehriban qonşuluğun strateji tərəfdaşlığın inkişafına, Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin qarşılıqlı fəaliyyətin genişlənməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyinin fəaliyyətinə daim diqqət yetirdiyinizə, MDB-nin möhkəmlənməsinə inteqrasiya proseslərinin gələcək inkişafına yönəlmiş ardıcıl konstruktiv siyasət yeritdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq çoxşaxəli dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

Sergey LEBEDEV,

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib

 

Minsk, 24 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 25 dekabr.- S.  4.