Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin uzaqgörən rəhbərliyiniz altında Azərbaycanda həyata keçirilən ölkənin ictimai-siyasi inkişafı, iqtisadi qüdrətinin möhkəmlənməsi beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində əhəmiyyətli nəticələr verən ardıcıl yaradıcı islahatları Özbəkistanda böyük maraqla izləyirlər.

Biz son vaxtlar birgə səylər sayəsində dinamik xarakter alan çoxşaxəli Özbəkistan-Azərbaycan münasibətlərinin genişlənməsi üzrə şəxsi səylərinizi yüksək qiymətləndirir münasibətlərimizin ənənəvi dostluq prinsipləri, tam qarşılıqlı anlaşma bir-birinin maraqlarına hörmət əsasında bundan sonra da dərinləşməsinə prioritet əhəmiyyət veririk.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına sülh tərəqqi arzulayıram.

Dərin hörmətlə,

 

İslam KƏRİMOV,

Özbəkistan Respublikasının Prezidenti

Daşkənd, 21 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 25 dekabr.- S. 1.