Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan xalqının əfsanəvi qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin mübarizliyin rəmzi kimi həkk olunmuşdur.

Azərbaycanın xalq qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi onların adlarının daim yad edilməsinin gənc nəslin mədəni-tarixi irsə bağlılıq ruhunda tərbiyə olunması baxımından müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.-25 dekabr.- S.  2.