Pakistanın aparıcı ingilisdilli qəzetlərində Prezident İlham Əliyevin siyasi fəaliyyətindən bəhs edən məqalələr dərc olunmuşdur

 

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, ölkənin aparıcı ingilisdilli "States Times", "Daily Herald Tribune" "Daily İttehad" qəzetlərində Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən "Azərbaycan Prezidentinin siyasi portreti" adlı geniş məqalələr dərc olunmuşdur.

Məqalələrdə Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olduğu bildirilərək, dövlətimizin başçısının həm müstəqil Azərbaycanın, həm dünya azərbaycanlılarının lideri bütün dünya ölkələri tərəfindən qəbul olunan görkəmli müasir dövlət xadimi olduğu vurğulanmışdır. Yazılarda İlham Əliyevin beynəlxalq ictimaiyyətdə böyük hörmətə nüfuza malik olduğu, siyasi portretinin bütün dünyada tanındığı qeyd edilmiş, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması yeni Azərbaycanın qurulmasında ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşı olduğu vurğulanmışdır. Müəllifi ümummilli lider Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin uğur qazanmasında gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində İlham Əliyevin fəal iştirak etdiyi qeyd edilərək, Azərbaycana investisiya axınında mühüm rol oynadığı xüsusilə vurğulanmışdır. Məqalələrdə dövlətimizin başçısının iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə bağlı müqavilənin imzalanması reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycanın dünyaya inteqrasiyasında mühüm xidmətləri olduğu bildirilmişdir. Prezident İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində Azərbaycanın neft sektorunda 30 mindən artıq yeni yerinin açıldığı diqqətə çatdırılmışdır. Məqalələrdə İlham Əliyevin ölkəmizdə demokratik, hüquqi dünyəvi dövlət quruculuğunda fəal iştirak etdiyi ifadə olunaraq, partiya fəaliyyəti haqqında da geniş məlumat verilmişdir. İlham Əliyevin Milli Məclisin deputatı olduğu dövrə toxunulan məqalələrdə, onun geniş çoxşaxəli fəaliyyət göstərdiyi daim xalqla birgə olduğu bildirilmişdir. Onun Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) Azərbaycan parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyət göstərdiyi vurğulanmış, AŞ PA-dakı məqsədyönlü, qətiyyətli cəsarətli çıxışlarının Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərdiyi ifadə edilmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarlarının Avropa Şurasında ifşa olunduğu, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə dünyada obyektiv rəy formalaşdığı qeyd olunmuşdur. Bunlarla yanaşı, Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin tranzit məntəqəsinə terror yuvasına çevrilməsinin Avropa dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin böyük xidmətləri olduğu vurğulanmışdır. Məqalələrdə onun ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirdiyi ifadə edilmişdir. Prezident İlham Əliyevin sürətlə dəyişən çağdaş dünyada, qloballaşma inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafeyini bütün sahələrdə uğurla müdafiə edərək, ölkənin beynəlxalq regional problemlərin həllində rolunun nüfuzunun artırdığı nəzərə çarpdırılmışdır. Məqalələrdə dövlətimizin başçısının bir çox ölkənin beynəlxalq təşkilatların fəxri adları mükafatlarına layiq görüldüyü PA-nın fəxri üzvü diplomu medalı ilə təltif olunduğu bildirilmişdir. Qəzetlərdə İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyi xüsusilə vurğulanmışdır.

 

Azərbaycan.- 2010.- 25 dekabr.- S. 4.