Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı
təmir və yenidənqurma işlərindən
sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış
olmuşdur
Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 24-də Abşeron
rayonunun Saray qəsəbəsində əsaslı
təmir və yenidənqurmadan sonra istifadəyə verilən
7 nömrəli uşaq
internat evi ilə tanış olmuşdur.
İnternat evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya uşaqlar gül dəstəsi təqdim etdilər.
Mehriban xanıma məlumat verildi ki, Heydər
Əliyev Fondu və Xəzər Beynəlxalq İnvestisiya şirkətinin birgə layihəsi əsasında burada əsaslı təmir və yenidənqurma işləri
aparılmışdır. İnternat
evi kompleksinə 2 mərtəbəli inzibati
bina, 4 mərtəbəli
yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx,
çamaşırxana və
digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunmuş, uşaqların
normal yaşaması üçün hər cür şərait yaradılmışdır.
Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin
inkişafı" proqramı
çərçivəsində yenidən qurulan internat evində xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayır. İnternat evinin ümumi ərazisi 2 hektardır. Burada 4 yaşdan 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayırlar.
Hazırda burada yaşayan 140 uşaq yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə
ayrı-ayrı qruplarda
yerləşdirilmişdir. Hər
bir qrupun ayrıca yataq və oyun otaqları
vardır.
Uşaq internat evi ilə tanış
olan fondun prezidenti əvvəlcə
kompleksin təmirdən
əvvəlki və sonrakı vəziyyətini
əks etdirən fotostendə baxdı.
Əsas korpusun birinci mərtəbəsinin
foyesində ulu öndər Heydər Əliyevin uşaqlarla görüşlərini əks
etdirən fotostend quraşdırılmışdır. Burada inzibati otaqlarla yanaşı, valideynlərlə uşaqların
görüş otaqları
vardır. Bildirildi ki, internat evində
95 nəfər işçi
çalışır.
Korpusun 2-ci mərtəbəsində Mehriban
xanım Əliyeva 30 nəfərlik müşavirə
zalına baxdı. İkinci mərtəbədə
Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara
diqqət və qayğısını əks
etdirən fotostendlər
vardır. Fondun prezidenti günərzi qayğı mərkəzində
oldu. Burada xüsusi qayğıya ehityacı olan uşaqlarla məşğələlər
aparılır. Mehriban
Əliyeva uşaqlarla
səmimi söhbət
etdi. Bacarıqlı əllər otağında
internat evinin sakinləri rəsm və toxuma işləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun prezidenti uşaqların əl işlərinə baxdı.
Uşaqların hazırladığı
Heydər Əliyev Fondunun loqosunu əks etdrən hədiyyə Azərbaycanın
birinci xanımına təqdim olundu.
Reabilitasiya otağı ilə tanış olan Mehriban xanım
Əliyevaya məlumat
verildi ki, dayaq-hərəkət sistemi
pozulan uşaqların
müəyyən oyunlar
vasitəsilə bərpası
burada aparılır. Mətbəxdə isə gənclər yemək hazırlamağı öyrənirlər.
Mətbəxdə şirniyyat
hazırlayan qızlarla
görüşən Mehriban
xanım Əliyeva onların Vətən və Prezident haqqında söylədikləri
şeirləri dinlədi,
onlarla xatirə şəkli çəkdirdi.
İnternat evində gənclərin fiziki sağlamlığını möhkəmləndirmək
üçün müxtəlif
idman avadanlığı
ilə təchiz edilmiş trenajor və idman zalları
vardır. Hovuzda isə hərəkət qabiliyyəti məhdud uşaqların su prosedurları ilə müalicəsi aparılacaqdır.
Müəssisədə uşaqların
əl işlərindən
ibarət sərgi zalı da yaradılmışdır.
Tədris otağında
xüsusi qayğıya
ehtiyacı olan uşaqlara yüngülləşdirilmiş
proqramla ibtidai təhsil veriləcəkdir.
Musiqi zalında gənclər musiqi alətlərində bacarıqlarını
sınayacaqlar. İnternat
evində fizioterapiya otağı da fəaliyyət göstərir.
Bu otaq yüksəktezlikli
aparat, inqalyasiya, solyuks, qalvanizator kimi yeni tibb
avadanlığı ilə
təchiz edilmişdir.
Həmin aparatlardan sümük ağrılarında,
xroniki xəstəliklərin
müalicəsində istifadə
olunur.
Mehriban xanım internat evində 80 nəfərlik yeməkxana,
müasir avadanlıqla
təchiz edilmiş mətbəxdə yaradılmış
şəraitə də
baxdı.
İnternat evinin həyətində abadlaşdırma
və yaşıllaşdırma
işləri aparılmış,
müxtəlif gül
kolları əkilmişdir.
Parkda rahat oturacaqlar, fəvvarə və atraksionlar quraşdırılmışdır.
Görülmüş işlərdən
razılığını bildirən Mehriban xanım Əliyeva internat evinin kollektivinə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2010.-25 dekabr.- S. 5.