Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqı bir yaşını qeyd etmişdir
AzərTAc xəbər verir ki, dekabrın
24-də "Gülüstan" sarayında Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının
(ATGTİ) təsis olunmasının
birilliyi münasibətilə
tədbir keçirilmişdir.
ATGTİ-nin sədri Şahin İsmayılov təşkilatın fəaliyyəti
və qarşıda duran vəzifələr barədə danışmış,
dövlətin gənclərə
göstərdiyi diqqət
və qayğısından
bəhs etmişdir. Bildirmişdir ki, qurum tələbələr arasında
şəbəkəni genişləndirmək,
onların asudə vaxtlarını daha səmərəli təşkil
etmək istiqamətində
fəaliyyət göstərərək
yerli və beynəlxalq tədbirlərdə
tələbələrin fəal
iştirakını təmin etmişdir.
ATGTİ hazırda 39 ali təhsil müəssisəsinin
tələbə gənclər
təşkilatını (TGT) ətrafında birləşdirir.
Təşkilat tələbələri təhsilə və elmi tədqiqat işlərinə həvəsləndirmək
üçün konfranslar,
müsabiqələr, elmi-əyləncəli
oyunlar, seminarlar və təlim kursları təşkil etmişdir. Ötən dövrdə ATGTİ beynəlxalq
əlaqələrin qurulması
istiqamətində mühüm
irəliləyişlər
əldə etmişdir.
Belarusun Tələbə
Şurası ilə niyyət protokolu imzalanmış, Belçika,
Yunanıstan, Rusiya, Almaniya və Bolqarıstana səfərlər
edilmişdir.
ATGTİ-nin sədri demişdir ki, təşkilat fəaliyyəti dövründə
20 Yanvar faciəsinə
həsr olunmuş
"Mənim 20 yaşım
var", Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh içində yaşa!" aksiyaları,
Azərbaycanın ərazi
bütövlüyü uğrunda
canlarından keçmiş
şəhidlərimizin ictimaiyyətə
tanıdılması məqsədilə
"Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" şüarı
altında idman yarışları, milli filmlərin gənc nəsillərin yaddaşında
uzun illər həkk olunması üçün "Milli
kinolarımızı unutmayaq"
mövzusunda layihə
və digər tədbirlər həyata keçirmişdir.
ATGTİ-nin İdarə Heyətinin qərarı ilə Prezident İlham Əliyev "Azərbaycan Tələbələrinin
Dostu" mükafatına
layiq görülmüşdür.
Mükafatı təşkilatın
sədri Ş.İsmayılov
Prezident Administrasiyasının
siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanova təqdim etmişdir.
Tədbirdə çıxış edən Elnur Aslanov ATGTİ-nin üzvlərini təbrik etmiş, onların fəaliyyətini yüksək
qiymətləndirmiş, dövlətin
gənclərə diqqət
və qayğısından
danışmış, Azərbaycanın
cari ili də uğurla başa vurduğunu diqqətə çatdırmışdır.
Prezident Administrasiyasının
şöbə müdiri
bildirmişdir ki,
ATGTİ qısa bir zamanda ölkədə nüfuz qazanmış bir təşkilatdır. Dövlət
başçısı İlham
Əliyevin ötən
il qurumun təsis edilməsi münasibətilə təşkil
olunmuş tədbirə
məktub ünvanlaması
və Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin həmin tədbirdə iştirakı
Azərbaycanda TGT-yə
olan diqqətin bariz nümunəsidir.
Azərbaycan gəncləri
Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunmuşlar və ölkəmizin gələcəyi
məhz onların əlindədir.
Təhsil naziri Misir Mərdanov vurğulamışdır ki,
təşkilatın yaranması
və formalaşması
üçün bir il çox az
müddətdir. Buna baxmayaraq,
təşkilat irəliyə
doğru böyük addımlar atmışdır.
İnanıram ki, qurumun üzvlərinin sayı getdikcə daha da artacaq,
strukturu möhkəmlənəcək
və Azərbaycanın
xoşbəxt gələcəyini
təmin edəcək
gənclər məhz
sizin sıralarınızdan
çıxacaqlar. Təşkilat
120 min gənci ətrafında birləşdirir.
Ölkəmizdə gənclər
siyasəti prioritet hesab olunur. Dövlət
tərəfindən gənclərə
böyük qayğı
göstərilir.
Gənclər və idman naziri Azad
Rəhimov dövlətin
bu sahəyə diqqətindən danışmış,
ATGTİ-yə uğurlar
arzulamışdır. Bildirmişdir
ki, bu bir
ildə təşkilat,
ətrafında 120 min
gənci toplamağı
bacarmış və uğurlu layihələr həyata keçirmişdir.
Azərbaycanın xoş
gələcəyi üçün
gənclərimiz həmrəy
olmalıdırlar. ATGTİ-nin
üzvləri çox
maraqlı təşəbbüslərlə
çıxış edirlər
və bu, Azərbaycan gəncliyinin yüksək intellektindən
xəbər verir.
Təşkilatın ötən
bir ildə gördüyü işlər
ilə bağlı slaydfilm nümayiş etdirildikdən sonra TGT sədrlərinin fəalları
diplomlarla mükafatlandırılmışlar.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
Azərbaycan.- 2010.-25 dekabr.- S. 5.