"AsiaTimes":
"Azərbaycan Mərkəzi
Asiyada energetik geoiqtisadi inkişafın növbəti mərhələsini
nəzarəti altına
alaraq, regionda mühüm bir məharət nümayiş
etdirir"
Pekində ingilisdilli nüfuzlu "AsiaTimes"
nəşrində "Avrasiyada
yeni enerji mərkəzləri yaranır"
sərlövhəsi altında
Azərbaycanın enerji
siyasətindən bəhs
edən məqalə dərc olunmuşdur.
Məqalədə bildirilir
ki, Azərbaycan regionun geosiyasi iqtisadiyyatın inkişafında
liderdir. Güclü enerji ehtiyatlarına malik Azərbaycan bir çox enerji layihələri sayəsində Avropaya qaz nəqlində lider ölkəyə çevrilə bilər. İndi Azərbaycanda əsas diqqət ixrac marşrutlarına yönəldilmişdir. Bu
tendensiya 2009-cu ilin sonları ilə müqayisədə hazırda
ön plana çəkilmişdir.
Rəsmi Bakı Rusiya və Türkiyə ilə enerji ticarətini davam etdirərək, Bolqarıstan və Rumıniyaya təbii qaz tədarükü üzrə yeni imkanları öyrənməklə,
eyni zamanda, potensial ixrac tərəfdaşlarının əhatə dairəsini şaxələndirir. Məqalədə
Azərbaycanın "Nabukko"
və ya "Cənub axını"nı seçəcəyinə
dair yekun qərarını gələcəkdə
verəcəyi və bu zaman ölkə
maraqlarının nəzərə
alınacağı vurğulanır.
Yazıda qeyd olunur ki, Azərbaycan
Mərkəzi Asiyada energetik geoiqtisadi inkişafın növbəti
mərhələsini nəzarəti
altına alaraq, regionda mühüm bir məharət nümayiş etdirir.
AzərTAc
Azərbaycan.- 2010.-25 dekabr.- S. 5.