"Azərbaycan Hava Yolları" QSC müasir "Aerobus-320" tipli iki təyyarəni təqdim etmişdir

 

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) dekabrın 24-də iki müasir "Aerobus-320" tipli təyyarəni təqdim etmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev jurnalistlərə müsahibəsində demişdir ki, bu təyyarələr Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə alınmışdır. Gələn ilin yanvarında daha iki "Aerobus-320", fevralda isə iki "Aerobus-319" tipli təyyarə gətirilərək istismara veriləcəkdir. Təyyarələr üçün ayrılmış kredit QSC-nin gəlirləri hesabına ödəniləcəkdir. 2011-ci ildən hazırda uçuşlar həyata keçirilən bir sıra şəhərlərə, o cümlədən Çexiyanın paytaxtı Praqaya reyslərin sayı artırılacaqdır. Karlovı Varı, Amsterdam, Aberdin şəhərlərinə yeni reyslərin açılması nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, yeni tipli təyyarələrin istismara verilməsi ilə Rusiya istehsalı olan "Tu-134" "Tu-154" tipli təyyarələrin uçuşları dayandırılmış, hava yollarında ancaq "Aerobus", "Boeing", "ATR" tipli təyyarələrdən istifadə olunacaqdır. Bu təyyarələr sərnişinlərin sayından asılı olaraq dünyanın hər yerinə uçuşlar edəcəkdir.

"Lerik" "Naftalan" adlandırılan bu iki müasir "Aerobus-320" tipli təyyarə 174 sərnişin yerlikdir.

 

Azərbaycan.- 2010.- 25 dekabr.- S. 6.