Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Biz sosial-iqtisadi vəziyyəti sabit olan dost Azərbaycanın nailiyyətlərinə səmimi qəlbdən sevinirik.

Əminəm ki, son illər xüsusilə dinamik inkişaf edən Belarus-Azərbaycan münasibətləri iki dövlətin xalqlarının rifahı naminə konstruktiv qarşılıqlı faydalı tərəfdaşlıq nümunəsidir.

Bu ilin iyununda görüşümüz zamanı əldə olunmuş bütün razılaşmaların uğurla həyata keçiriləcəyinə nəzərəçarpacaq nəticələr verəcəyinə əminliyimi ifadə edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik qarşıya qoyulmuş məqsədlərə çatmaqda yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Aleksandr LUKAŞENKO,

Belarus Respublikasının Prezidenti

 

Minsk, 24 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 26 dekabr.- S. 1.