Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm İlham
Heydər oğlu!
Həmkarlar İttifaqları
Ümumi Konfederasiyasının
adından və şəxsən öz adımdan Sizi doğum gününüz
münasibətilə ürəkdən
təbrik edirəm!
Bu gün Azərbaycan
Respublikası qətiyyətlə
lider ölkələr
sırasına çıxır,
dünyaya cəmiyyət
həyatının bütün
sahələrində inamlı
uğurlar nümayiş
etdirir. Bu sanballı nailiyyətlər
əməksevər xalqın
gərgin işinin, təbii sərvətlərin
bacarıqla mənimsənilməsinin,
istehsal və elmi potensialdan səmərəli istifadə
olunmasının nəticəsidir.
Biz ölkənin XXI əsrə
inamla qədəm qoymasında respublika əhalisinin öz Prezidentinin - suveren Azərbaycanın hamı tərəfindən qəbul
edilmiş rəhbərinin
siyasi xəttinə böyük etimad və kütləvi dəstək göstərdiyini
görürük.
Həmkarlar İttifaqları
Ümumi Konfederasiyası
qanunverici hakimiyyət
orqanlarının fəaliyyətində
həmkarlar ittifaqlarının
iştirakının təmin
olunmasında respublikanın
böyük uğurlarını
xüsusi vurğulayır.
Möhtərəm İlham
Heydər oğlu, ən səmimi və xoş arzularımızı qəbul
edin. Sizə möhkəm cansağlığı,
xoşbəxtlik, Azərbaycan
Respublikasının Prezidenti
vəzifəsində yeni-yeni
uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Vladimir ŞERBAKOV,
Həmkarlar İttifaqları
Ümumi Konfederasiyasının
baş katibi
Moskva, 24 dekabr 2010-cu il
Azərbaycan.- 2010.- 26 dekabr.- S. 1.