İranın nümayəndə
heyəti Heydər Əliyev Fondu ilə tanış olmuşdur
Azərbaycanda səfərdə
olan İran İslam Respublikasının
(İİR) səhiyyə nazirinin
müşaviri, Respublika
Sağlamlıq-Xeyriyyə Birliyinin
baş katibi Seyyid Rza Nəyyirinin
rəhbərlik etdiyi nümayəndə heyəti
dekabrın 25-də Heydər
Əliyev Fondu ilə tanış olmuşdur.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə
ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi və
məqsədləri barədə
məlumat verilmişdir.
Bildirilmişdir ki, bugünkü qüdrətli
və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
yol ilə uğurla irəliləyir.
Müasir müstəqil
Azərbaycanın memarı
və qurucusu Heydər Əliyev azərbaycanlıların milli
qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın
ümummilli lideri adını qazanmışdır.
Ulu öndərin hakimiyyətdə olduğu
dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən
biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrəsidir.
Qonaqlar görkəmli siyasi xadimin Moskvada, keçmiş SSRİ-nin rəhbərlərindən biri
olarkən fəaliyyətini
əks etdirən fotolara, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının çəkilişinə uğurla
rəhbərlik etdiyinə
görə ona verilmiş xatirə medalına, ulu öndərin zəkasının bəhrəsi
olan və indi onun adını
daşıyan Bakı-Tbilisi-Ceyhan
əsas neft ixrac boru kəmərinin
maketinə baxmışlar.
Bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə
böyük təsir göstərdiyi vurğulanmışdır.
Ulu öndərin şəxsi
arxivindən götürülmüş
və onun uşaqlıq, gənclik, tələbəlik illərini,
dövlətçilik fəaliyyətinin
ayrı-ayrı dövrlərini
əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını
əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür
yaradan çoxsaylı
fotoşəkillər, dünyanın
tanınmış siyasi
xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış
kitablar, onun müxtəlif ölkələrin
liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri
qonaqlarda böyük maraq doğurmuşdur.
Məlumat verilmişdir ki, ulu öndərin
xatirəsinə İstanbul,
Ankara, Ceyhan, İğdır, Qars, habelə Buxarest, Daşkənd, Kiyev və Tbilisidə abidələr ucaldılmışdır.
Fondla tanışlıqdan
sonra qonaqlar xatirə kitabına ürək sözlərini
yazmışlar.
Qonaqlar Fonddan zəngin təəssüratla
ayrılmışlar.
AzərTAc
Azərbaycan.- 2010.-26 dekabr.- S. 2.