Nazirlər Kabineti "Azərkosmos"
Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və
strukturunun təsdiq edilməsi haqqında" qərar qəbul
etmişdir
Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.
Qərarda göstərilir ki, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu təsdiq etmişdir.
Qərar dekabrın 23-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, qərar barədə ətraflı məlumatla
www.cabmin.gov.az ünvanlı internet saytında tanış
olmaq mümkündür.
Azərbaycan.- 2010.- 26 dekabr.- S. 2.