Milli Olimpiya Komitəsində 2010-cu ilə
yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar
təqdim olunmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Dekabrın 27-də Milli Olimpiya Komitəsində
(MOK) 2010-cu ilə yekun
vurulmuş, idmançılara
və məşqçilərə
mükafatlar təqdim
olunmuşdur.
Azərbaycan Respublikasının
Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycan idmanına, idmançılarımızın
beynəlxalq yarışlarda,
o cümlədən Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirakına, qazandıqları
qələbələrə həsr olunmuş fotosərgiyə baxdı.
Sonra mərasim keçirildi. MOK-un İcraiyyə Komitəsinin
iclas salonuna toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı
mərasimdə nitq söylədi.
Azərbaycan.- 2010.- 28 dekabr.- S. 1.