Bəhram Mənsurovun 100 illik yubileyi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2011-ci ilin fevral ayında Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən, muğamların mahir ifaçısı Bəhram Süleyman oğlu Mənsurovun anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycanın milli musiqi mədəniyyətinin inkişafı muğam sənətinin təbliği işinə dəyərli töhfələr vermiş Bəhram Mənsurovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi xalq artisti Bəhram Mənsurovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 28 dekabr.- S. 1.