Azərbaycan Respublikası
Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının
icrasını təmin
etmək məqsədi
ilə qərara alıram:
1. "Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin strukturu"
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
2.1. Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısını
təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2010-cu il
Azərbaycan.- 2010.- 28 dekabr.- S. , 21.