2010-cu il noyabrın 15-də Ştutqart şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il noyabrın 15-də Ştutqart şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Amerika Birləşmiş Ştatları tərəfini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 28 dekabr.- S.  2.