Azərbaycan Respublikası
və Ukrayna arasında 2010-cu il oktyabrın 28-də Kiyev şəhərində imzalanmış
sənədlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan
Respublikası və Ukrayna arasında 2010-cu il oktyabrın
28-də Kiyev şəhərində
imzalanmış aşağıdakı
sənədlər təsdiq
edilsin:
1.1. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
və Ukraynanın Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq
haqqında Saziş;
1.2. "Azərbaycan
Televiziya və Radio Verilişləri" Qapalı
Səhmdar Cəmiyyəti
və Ukrayna Milli Teleşirkəti arasında əməkdaşlıq
haqqında Saziş;
2. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
tapşırılsın ki,
bu Sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi
üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Ukrayna tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2010-cu il
Azərbaycan.- 2010.- 28 dekabr.- S. 2.