2010-cu il
oktyabrın 12-də Mexiko
şəhərində imzalanmış
"Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Rabitə
və Nəqliyyat Katibliyi arasında telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları
sahəsində əməkdaşlıq
haqqında Saziş"in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2010-cu il oktyabrın
12-də Mexiko şəhərində
imzalanmış "Azərbaycan
Respublikasının Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi və Meksika Birləşmiş Ştatlarının
Rabitə və Nəqliyyat Katibliyi arasında telekommunikasiya və informasiya-kommunikasiya
texnologiyaları sahəsində
əməkdaşlıq haqqında
Saziş" təsdiq
edilsin.
2. Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1-ci bəndində göstərilən
Sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1-ci bəndində göstərilən
Sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə Meksika Birləşmiş Ştatları
tərəfini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 dekabr 2010-cu il
Azərbaycan.- 2010.- 28 dekabr.- S. 2.