2010-cu il noyabrın 17-də Bakı
şəhərində imzalanmış
"Azərbaycan Respublikası
Hökuməti və İran İslam Respublikası Hökuməti
arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2010-cu il noyabrın 17-də
Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində
əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"
təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
tapşırılsın ki,
bu Sərəncamın
1-ci bəndində göstərilən
Memorandumun həyata keçirilməsi üçün
zəruri tədbirlər
görsün.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1-ci bəndində göstərilən
Memorandumun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə İran İslam Respublikası Hökumətini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2010-cu il
Azərbaycan.- 2010.- 28 dekabr.- S. 2.