Türkiyənin Qartəpə
şəhərində Heydər
Əliyev parkı istifadəyə verilmişdir
Türkiyənin Kocaeli vilayətindəki Qartəpə
şəhərində Azərbaycan
xalqının ümummilli
lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər
Əliyevin adını
daşıyan park istifadəyə verilmişdir.
Bu park Azərbaycan
Respublikası Diasporla
İş üzrə
Dövlət Komitəsi
və Qartəpə Bələdiyyəsi arasında
imzalanmış protokola
əsasən salınmışdır.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı
Elnar Məmmədov, Kocaeli valisinin müavini Mustafa Ünlüsoy, bələdiyyə
sədri İbrahim Karaosmanoğlu, Qartəpə
bələdiyyəsinin sədri
Şükrü Karabalık,
Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının sədri
Bilal Dündar və digər rəsmi şəxslər,
ictimaiyyətin nümayəndələri,
qardaş ölkədə
yaşayan həmvətənlərimiz
parkın açılışı
münasibətilə keçirilən
mərasimdə iştirak
etmişlər.
Türkiyənin mühüm
turizm şəhərlərindən
olan Qartəpədə
5 min kvadratmetr ərazidə salınmış
parkda idman meydançaları, uşaqların
istirahəti üçün
guşələr xüsusi
zövqlə inşa olunmuşdur.
Qartəpə bələdiyyəsinin sədri Şükrü Karabalık çıxışında
demişdir ki, parka ulu öndər
Heydər Əliyevin adının verilməsinin
əsas məqsədi
şəhərimizdə də
türk dünyasının
bu dahi oğlunun
əziz xatirəsini yaşatmaq və Türkiyə-Azərbaycan qardaşlığına
daha bir töhfə verməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı
Elnar Məmmədov tədbirin Dünya Azərbaycanlılarının Həmrəylik
Günü ərəfəsinə
təsadüf etdiyindən
DİDK rəhbərliyinin soydaşlarımıza
təbrikini çatdırmışdır.
O, həmçinin parkın
yüksək səviyyədə
salınmasına görə
Kocaeli Böyükşəhər
Bələdiyyəsinə və
Qartəpə bələdiyyəsinə
DİDK rəhbərliyi adından
təşəkkür etmişdir.
E.Məmmədov ulu öndər Heydər Əliyevin həyat yolu və fəaliyyəti haqqında məlumat vermiş, bu dahi şəxsiyyətin türk dünyası qarşısında, türk
xalqlarının birliyi
istiqamətində göstərdiyi
xidmətlərdən danışmışdır.
DİDK təmsilçisi ümummilli liderin siyasi kursunu Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulamış və
əlavə etmişdir
ki, Azərbaycan dövlətinin başçısının
Türkiyə dövlətinin
rəhbərləri ilə
sıx dostluq münasibətləri xalqlarımız
arasındakı qardaşlıq
münasibətlərinin
də daim möhkəmlənməsinə müsbət təsir göstərir. E.Məmmədov
qeyd etmişdir ki, parkın yerləşdiyi ərazidə
məskunlaşan əhalinin
əksəriyyəti Azərbaycan
əsillidir və burada Heydər Əliyev parkının salınması həm Azərbaycan, həm də Türkiyə dövlətlərinin soydaşlarımıza
hədiyyəsidir. Diasporla
İş üzrə
Dövlət Komitəsinin
nümayəndəsi Türkiyədə
Azərbaycan diasporunun
fəaliyyətinin çoxşaxəli
olması üçün
səylərin davam etdiriləcəyini də bildirmiş və bu işdə TADEF-in xüsusi rolunu vurğulamışdır.
Həsən Zeynalov Azərbaycanın bu gün qüdrətli və dünyada nüfuzu olan bir dövlətə çevrilməsində ulu
öndər Heydər
Əliyevin misilsiz xidmətlərindən bəhs
etmişdir. Türkiyənin bir çox
şəhər və
qəsəbələrində ümummilli liderimizin adını daşıyan
parkların salınması,
abidələrinin ucaldılması
dahi liderin "bir millət, iki dövlət" adlandırdığı qardaş
ölkələrimiz arasındakı
möhkəm əlaqələrin
təzahürüdür.
Bilal Dündar bu gözəl parkın Türkiyə ilə Azərbaycanın tərəqqisinə
misilsiz töhfələr
vermiş Heydər Əliyevin adını daşımasını yüksək
qiymətləndirmiş, buna
görə Kocaeli vilayəti və Qartəpə şəhərinin
rəhbərliyinə təşəkkürünü
bildirmişdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.- 28 dekabr.- S. 2.