Prezident İlham Əliyev mətbuata qayğısı ilə jurnalistlərin dostu olduğunu təsdiq edib
Dövlət
quruculuğunun dünyəvi,
hüquqi və demokratik prinsiplərlə
həyata keçirildiyi
respublikamızda azad vətəndaş cəmiyyətinin
formalaşması, insanların
sərbəst yaşaması,
qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün
zəruri addımlar atılıb. O cümlədən demokratik
cəmiyyətin əsas
göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin
olunması, kütləvi
informasiya vasitələrinin
fəaliyyəti və
inkişafı üçün
münbit şəratin
yaradılması, bu sahədə olan bütün maneələrin
aradan qaldırılması da daim diqqət mərkəzində olub.
Azad sözün cəmiyyətdə
aşkarlıq və plüralizm prinsiplərinin
bərqərar edilməsində,
eləcə də demokratik inkişaf posesində əsas meyarlardan biri olduğunu nəzərə
alan Azərbaycan hakimiyyəti mətbuatın
inkişafı üçün
heç zaman qayğısını əsirgəmir.
Bu gün Azərbaycanda ən müasir tələblərə
və standartlara cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu
və mətbuatda qazanılan uğurlar məhz bu reallığın
nəticəsidir. Hansı
ki, bu uğurların
başlanğıcı 17 il
əvvələ gedib
çıxır. Bəli,
Azərbaycan dövlət
müstəqilliyini 1991-ci ildə
qazanmağına baxmayaraq
ölkəmizdə mətbuat
və söz azadlığının təmin
edilməsi ulu öndər Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışından
sonra mümkün oldu. Məhz o dövrdən milli mətbuatımız siyasi həmlələrdən,
təzyiqlərdən, buxovlardan
qurtuldu. Heydər Əliyevin başladığı
dövlət quruculuğunun,
demokratik islahatların
nəticəsində azad
sözün inkişafına
imkan yarandı. Bu məqsədlə KİV-in sərbəst istehsalı və yayımı təmin edildi, mətbuatın dövlət tənzimlənməsindən
imtina olundu. Azad sözün və fikir azadlığının
təmin edilməsini
1995-ci ildə qəbul
edilən Azərbaycan
Konstitusiyası da hüquqi baxımdan təsdiqlədi. Demokratik dövlət quruculuğunda
azad sözün rolunu həmişə yüksək qiymətləndirmiş
ümummilli lider Heydər Əliyevin 1998-ci
il avqustun 6-da imzaladığı "Azərbaycan
Respublikasında söz,
fikir və məlumat azadlığının
təmin edilməsi sahəsində tədbirlər
haqqında" fərmanı
ilə ölkəmizdə
senzuranın birdəfəlik
ləğv edilməsi
KİV-in sərbəst
fəaliyyəti, inkişafı
ilə bağlı milli mətbuatımızın
tarixində ən mühüm hadisə oldu.
Ulu öndər Heydər Əliyev tərəfindən mətbuatın
maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün
mühüm qərarlar
qəbul edildi, güzəştlər tətbiq
olundu. Qəzet kağızına əlavə
dəyər vergisi ləğv edildi, KİV-in iqtisadi müstəqilliyinə təminat
məqsədilə bir
sıra qəzetlərə
uzunmüddətli və
güzəştli kreditlər
verildi. Ayrı-ayrı
qəzetlərin dövlət
nəşriyyatına olan
borcları donduruldu, məhkəmələr tərəfindən
cərimələnmiş mətbu
orqanlar təzminat ödəməkdən azad
edildilər. Söz azadlığına və müstəqil mətbuatın inkişafına
əvvəlki hakimiyyətin
dövründən qalmış
əngəllərin, maneələrin
ləğv edilməsi,
KİV qanunvericiliyinin təkmilləşdirilməsi,
mətbu orqanların inkişafı üçün
onlara edilən çoxsaylı güzəştlərlə
yanaşı, ulu öndər Heydər Əliyev mətbuat işçiləri
ilə görüşlərin
ənənəsini yaratmış,
mətbuatla bağlı
ortaya çıxan problemlərə operativ münasibətini bildirmiş,
problemlərin məhz
mətbuatın xeyrinə
həll edilməsinin tərəfdarı olmuşdur.
Məhz buna görə də Heydər Əliyev 2002-ci ildə "Jurnalistlərin
dostu" mükafatına
layiq görülmüşdür.
Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı
sahəsində müəyyən
etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə
səmimi münasibətlər,
daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın
qabaqcıl və mütərəqqi ənənələrə
əsaslanmaqla, xalqımızın
tarixi-milli xüsusiyyətlərini
qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını
demokratiyanın fundamental
şərti hesab edir. "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi
ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf
etsin, ölkədə
yaşayan hər bir vətəndaş bütün azadlıqlardan
istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat
azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının,
mətbuat azadlığının
təmin olunması bizim prioritet məsələmizdir və
deyə bilərəm
ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur" - deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının
130 illik, 2010-cu ildə
isə 135 illik yubileylərinin keçirilməsi
ilə bağlı sərəncamlar imzalaması,
yubiley münasibətilə
mətbuat işçilərinin
təltif edilməsi, onlara fəxri adların verilməsi, kütləvi informasiya vasitələrinə maliyyə
yardımının göstərilməsi
ölkəmizdə jurnalist
əməyinin qiymətləndirildiyini
və mətbuatın
dövlət qayğısından
kənarda qalmadığını
nümayiş etdirdi.
"Əkinçi" qəzetinin
yubileyinin qeyd olunması isə milli-mənəvi dəyərlərimizə,
tariximizə ehtiramın
və verilən yüksək dəyərin
göstəricisidir.
Son illərdə mətbuat orqanlarının
maddi-texniki bazasının
gücləndirilməsi, jurnalist
əməyinin qiymətləndirilməsi
istiqamətində həyata
keçirilən tədbirlərin
miqyası daha da genişlənib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin
2006-cı il fevralın
8-də imzaladığı sərəncama əsasən
redaksiyaların "Azərbaycan"
nəşriyyatına olan
400 min manat məbləğində borcu
dövlət büdcəsindən
ödənildi. 2005-ci ildən
indiyə qədər
300-dən çox KİV əməkdaşı
dövlət mükafatlarına və fəxri adlara layiq görülüb. Ayrı-ayrı mətbu orqanlara isə bu illərdə dövlət tərəfindən
yardım ayrılıb.
Azərbaycan Respublikasının Prezidentinin
2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi Konsepsiyası"
da göstərdi ki, respublikamızda mətbuata dövlət qayğısı davamlı
və sistemli səciyyə daşıyır. Bu konsepsiya
söz və məlumat azadlığının,
KİV-lərin müstəqilliyinin
təmin edilməsi məqsədilə kompleks
tədbirlər nəzərdə
tutan mühüm sənəddir. Burada əks olunmuş məsələlərin həlli
üçün yaradılmış
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu ardıcıl tədbirlər həyata keçirir. Fond uğurla fəaliyyət göstərərək mətbuatın
inkişafına, o cümlədən qəzetlərin
ayrı-ayrı layihələrinin
maliyyələşdirilməsinə dəstək verir.
Ölkəmizdə mətbuata
dövlət qayğısının
mühüm nümunələrindən
biri də Mətbuat Şurasının
yeni bina ilə təmin edilməsi oldu. Prezident İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış
mərasimində iştirak
etməsi isə bu qurumun fəaliyyətinə
dövlətin verdiyi önəmin təzahürü
idi.
Azərbaycan mətbuatı
üçün digər
böyük hadisə
jurnalistlər üçün
yaşayış evlərinin
tikintisidir. Prezident İlham Əliyevin
bu il iyulun
22-də imzaladığı "Azərbaycan mətbuat işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi
tədbirləri haqqında"
sərəncamına əsasən
mətbuat işçiləri
üçün yaşayış
evlərinin tikilməsi
məqsədilə 2010-cu il
dövlət büdcəsində
nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fonduna 5 milyon manat vəsait ayrılıb.
Prezident İlham Əliyevin 2010-cu ildə
"Jurnalistlərin dostu"
mükafatına ən
layiqli namizəd hesab edilməsi dövlətimizin başçısının
mətbuatın inkişafına
diqqətinin və qayğısının məntiqi
nəticəsidir. Qeyd edək
ki, "RUH" Azərbaycan
Jurnalistləri Müdafiə
Komitəsi dekabrin
1-dən 20-dək 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının qalibinin
müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları
arasında sorğu keçirib. Sorğuda 30 gündəlik,
19 həftəlik qəzet,
2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya
portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə
93 KİV iştirak edib.
"2010-cu ilin yekunlarına
görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi
jurnalistlərin dostu hesab edirsiniz" sualını cavablandıran
KİV-lərin
81 faizi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevi
"Jurnalistlərin dostu"
mükafatına ən
layiqli namizəd olduğunu bildirib. Mükafatın təsis edilməsində
əsas məqsəd cəmiyyətdə söz
və məlumat azadlığı prinsiplərini
inkişaf etdirmək,
media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə
kömək göstərmək,
KİV-lərə
qayğı ənənələrini
stimullaşdırmaqdır.
Prezident İlham Əliyev ölkəmizdə
azad sözün hamisidir. Dövlətimizin başçısı bunu ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu
ənənələri uğurla
davam etdirməklə,
mətbuat orqanlarının
maddi-texniki bazasının
gücləndirilməsi, jurnalist
əməyinin qiymətləndirilməsi
istiqamətində atdığı
addımlarla təsdiq
edib. Odur ki, Azərbaycan mətbuatı da haqlı olaraq ölkə Prezidentini özünün dostu hesab edir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2010.- 28 dekabr.- S. 3.