Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram konserti olmuşdur

 

Ukrayna Milli Musiqi Akademiyasının Böyük zalında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti olmuşdur. Tədbir Ukrayna Azərbaycanlıları Konqresi, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil edilmişdir.

Azərbaycanın Ukraynanın dövlət himnləri səslənəndən sonra ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək dahi lider Heydər Əliyevin təşəbbüsü ilə milli bayramlarımızdan birinin - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi barədə danışmışdır. Diplomat vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin milli həmrəylik işində siyasi xəttini uğurla davam etdirməklə yanaşı, bu istiqamətdə fəaliyyəti yeni məzmunla zənginləşdirir.

Səfir Prezident İlham Əliyevin qardaş Ukraynadakı çoxsaylı diasporumuzun üzvlərinə böyük diqqət qayğı göstərdiyini vurğulamışdır. Sonda E.Mədətli toplaşanları qarşıdan gələn Yeni il bayramı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciətini oxumuşdur. Dövlətimizin başçısının həmvətənlərimizə müraciəti səfirliyin əməkdaşları tərəfindən Ukrayna dilinə tərcümə edilmiş tədbirin iştirakçılarına paylanmışdır.

ÜAK-ın sədri İlqar Abbasov milli-mədəni cəmiyyətlərin fəal üzvlərinə, incəsənət xadimlərinə Ukrayna Azərbaycanlıları Konqresinin fəxri fərmanlarını təqdim etmişdir.

Rəsmi hissədən sonra bayram konserti olmuşdur.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, azərbaycanlıların digər türkdilli xalqların Əməkdaşlığı Mərkəzinin direktoru İlham İsmayılov, "İrəli" İctimai Birliyinin Ukrayna nümayəndəliyinin təmsilçiləri, mədəniyyət xadimləri iştirak etmişlər.

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.- 2010.- 28 dekabr.- S. 6.