Azərbaycanın Moskvadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qəbul təşkil edilmişdir

 

Dekabrın 25-də Azərbaycanın Moskvadakı səfirliyində hər il dekabrın 31-də qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş təntənəli qəbul olmuşdur.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına müraciətinin mətni oxunmuşdur.

Sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını salamlayaraq görüşə toplaşanları həmvətənlərimizin birləşməsi yaşadıqları ölkədə mövqelərinin möhkəmlənməsi sahəsində ölkəmizin dövlət siyasəti haqqında ətraflı məlumatlandırmışdır. P.Bülbüloğlu xüsusi qeyd etmişdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir həmvətənlərimiz bu tarixi mühüm bayramlardan biri kimi qeyd edirlər. Səfirin sözlərinə görə, həmvətənlər arasında əlaqələrin inkişafı, bütün dünyada diaspor təşkilatlarının yaradılmasına kömək, həmvətənlərimizin tarixi Vətənlə əlaqələrinin güclənməsi Azərbaycan siyasətinin əsas tərkib hissəsidir.

"Azərbaycan dövləti həmvətənlərimizin birləşməsinə onların dünyada mövqelərinin möhkəmlənməsinə çox böyük əhəmiyyət verir Azərbaycan diasporunun ciddi ictimai qüvvəyə çevrilməsi üçün hər yerdə genişmiqyaslı davam edir", - deyən səfir P.Bülbüloğlu daha sonra əlavə etmişdir: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq fəlsəfəsi bu gün fəal şəkildə həyata keçirilir Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan diasporunun birləşdirilməsi üzrə milli siyasəti uğurla davam etdirir". O xüsusi vurğulamışdır ki, dövlətimiz ümumi vəzifəmizin birgə səylərlə həyata keçirilməsi üçün Rusiyada Azərbaycan diasporunun möhkəmlənməsinə təşkilatlanmasına böyük əhəmiyyət verir.

Azərbaycanın Rusiyadakı səfiri bir məqamı da xüsusi qeyd etmişdir ki, həmvətənlərimizin birləşmək həmrəy olmaq arzusu güclənir, milli identiklik milli mənlik şüuru möhkəmlənir. Onun fikrincə, diasporun qarşısında duran əsas vəzifələrdən biri ölkəmizin bütün istiqamətlərdə qazandığı uğurları təbliğ etmək, onun müsbət imicini təmin etmək, ölkəmizə qarşı böhtan siyasətinə müqavimət göstərmək üçün fəal, güclü mövqe tutmaqdır.

Polad Bülbüloğlu ümummilli vəzifələrə aid məsələlərə onların həyata keçirilməsi yollarına da toxunmuşdur. Diplomat xüsusi vurğulamışdır ki, ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artır, bu gün Azərbaycan bütün göstəricilər üzrə regional liderdir. Onun sözlərinə görə, Azərbaycanın qazandığı uğurlarda bütün həmvətənlərimizin, o cümlədən Rusiyada yaşayan soydaşlarımızın payı vardır bu ölkədə yaşayan azərbaycanlıların xalqımız üçün bütün mühüm məsələlərdə həmrəylik yekdillik nümayiş etdirməsi çox vacibdir.

Azərbaycan diasporunun regional təşkilatlarının nümayəndələri öz çıxışlarında ölkə rəhbərliyinin vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlılara diqqətinə görə təşəkkürlərini bildirmişlər. Xüsusi qeyd edilmişdir ki, hər bir diasporun gücü onun vəhdətindədir.

Rusiyada Azərbaycan diasporunun ən yaxşı nümayəndələri Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə verdikləri töhfəyə görə respublikamızın Rusiyadakı səfirliyinin fəxri fərmanları ilə təltif edilmişlər.

Rusiya Dövlət Linqvistika Universitetinin Azərbaycan dilini öyrənən həmin gecədə Azərbaycan dilində ədəbi kompozisiya ilə çıxış etmiş 7 tələbəsi təltif edilmişdir.

Mərasim başa çatdıqdan sonra təntənəli qəbul olmuşdur.

Tədbirdə Rusiyanın 55 şəhər regionunun Azərbaycan diasporunun rəhbərləri fəal üzvləri iştirak etmişdir.

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 28 dekabr.- S. 6.