Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2010-cu ilin
yekunlarına dair kollegiya iclası keçirilmişdir
Dekabrın 27-də Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) ilin
yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan komitə sədri Hicran Hüseynova qurumun cari ildə fəaliyyətini geniş
təhlil etmiş və qarşıda duran vəzifələr barədə danışmışdır.
Tədbirdə AQUPDK üzrə
görülən işlər
barədə məruzələr
dinlənilmişdir. Bildirilmişdir
ki, Azərbaycan ailə institutunun sosioloji aspektlərini öyrənmək məqsədi
ilə "Müasir Azərbaycanda ailə və nikah institutu:
sosioloji təhlil"
mövzusunda tədqiqat
aparılmış, tövsiyələr
hazırlanmışdır. Ailədə qadın və uşaqlara qarşı zorakılıq
probleminə diqqətin
artırılması, bu
sahədə işin gücləndirilməsi məqsədi
ilə regionlarda "Ailədaxili zorakılığa
qarşı mübarizə
tədbirləri" layihəsi
həyata keçirilmişdir.
Qadın problemləri və gender məsələləri
ilə bağlı verilən məlumatda qeyd edilmişdir ki, bələdiyyələrdə
gender siyasətinin həyata keçirilməsi
prosesinin təkmilləşdirilməsi
tədbirləri çərçivəsində
"Yerli özünüidarəetmə
orqanlarında qadınların
rolu" mövzusunda konfrans təşkil edilmişdir. Regionlarda
"XXI əsrdə zorakılıq
əleyhinə əsas
amil kimi daxili mədəniyyətin
möhkəmləndirilməsi" mövzusunda regional görüşlər keçirilmişdir.
Görüşlərdə qadınların gündəlik
həyatda qarşılaşdıqları
məişət zorakılığı,
erkən nikah, təhsildən yayınma halları və s. hüquqlarının pozulmasının qarşısının
alınmasında yerli
özünüidarəetmə orqanlarına dair vəzifələr, bu istiqamətdə mövcud problemlər və onların aradan qaldırılma yolları müzakirə olunmuşdur. "Ekologiya problemlərinin həll olunmasında qadınların rolu" layihəsi çərçivəsində
təbii ehtiyatların
səmərəli istifadəsinin
təşkili, ekoloji böhrandan çıxış
yolları, qadınlar
arasında ekoloji maarifləndirmə işlərinin
təşkili məqsədi
ilə müzakirələr
aparılmışdır. Regionlarda "Gender (kişi və qadınların) bərabərliyinin
təminatları haqqında"
Azərbaycan Respublikasının
Qanununun təbliğ olunması istiqamətində
təlimlər təşkil
edilmişdir.
İclasda uşaq problemləri ilə bağlı görülən
işlər barədə
də ətraflı danışılmışdır. Bildirilmişdir ki, YUNİSEF-in
dəstəyi ilə
"Azərbaycanda küçə
uşaqlarının vəziyyətinin
təhlili" layihəsi
çərçivəsində küçə həyatı
sürən uşaqların
vəziyyəti araşdırılmış,
bu halların yaranma səbəbləri müəyyənləşdirilmiş və təhlil edilmişdir. Azərbaycan
uşaqları haqqında
elektron məlumat bankı yaradılmışdır.
Banka məlumatların
yerləşdirilməsi və
ondan istifadə barədə "Qaydalar layihəsi" hazırlanmış,
lazımi məlumatlar
banka yerləşdirilmiş
və istifadəyə
verilmişdir. "Azərbaycan
Respublikasında İnsan
Alverinə Qarşı
Mübarizə üzrə
Milli Fəaliyyət Planı" çərçivəsində
"Doğumun qeydiyyatı"
layihəsi üzrə
regionlarda aparılan araşdırmalar yekunlaşdırılmış,
uşaq saytı istifadəyə verilmişdir.
İclasda komitənin cari ildəki fəaliyyəti müsbət
qiymətləndirilmiş və
2011-ci il üçün
iş planı barədə məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 28 dekabr.- S. 6.