Dənizçilik terminlərinin
izahlı lüğəti
"Rusca-ingiliscə-azərbaycanca dənizçilik
terminlərinin izahlı
lüğəti" bu
sahədə terminləri
vahid formada işlətmək, ümumi
anlaşıqlı dil
vahidlərinin tətbiqi
məqsədilə hazırlanmış
ilk kitabdır. Lüğətə beynəlxalq
ticarət gəmiçiliyi,
dəniz nəqliyyatı
ilə bağlı
600-dək termin daxil edilmişdir.
"Apostrof" çap
evi tərəfindən
nəşr olunmuş
İlham Məmmədovun
müəllifi olduğu
bu kitab dənizçilik nəqliyyatının
kommersiya baxımından
istismarı ilə bağlı meydana çıxan hüquqi, texniki, eləcə də maliyyə terminlərinin daxil edildiyi ilk lüğətdir.
Bu kitabdan dənizçilər, dənizçilik
sahəsində çalışan
mütəxəssislər, elmi işçilər, tərcüməçilər və
müvafiq təhsil müəssisələrinin müdavimləri
istifadə edə bilərlər.
Ön sözün müəllifi
filologiya elmləri doktoru, professor, AMEA Terminologiya Komissiyasının
sədr müavini Sayalı Sadıqova kitabla bağlı fikirlərini bildirərkən
qeyd etmişdir ki, lüğət dəniz gəmiçiliyində
çalışan mütəxəssislər,
tələbələr və
bu sahə ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur. Professor
onu da bildirmişdir
ki, lüğət dənizçiliklə bağlı
dilimizin təkmilləşməsində
böyük rol oynayan ilk kitabdır.
İnanırıq ki, İlham Məmmədovun dənizçilik sahəsində
olduqca dəyərli və gərəkli olan bu kitabı
öz oxucu auditoriyası tərəfindən
layiqli qiymətini alacaqdır.
Azərbaycan.- 2010.- 28 dekabr.- S. 7.