Oğuz-Qəbələ-Bakı su kəməri şəhər
əhalisinin 75 faizini fasiləsiz təmiz, keyfiyyətli su ilə təmin edəcəkdir
Azərbaycanda ən böyük layihələrdən
biri - Oğuz-Qəbələ-Bakı
su kəməri istifadəyə verilmişdir
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Dekabrın 28-də Azərbaycanda
ən böyük infrastruktur layihələrindən
biri - Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi
mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin Abşeron qurğular kompleksinə gələn dövlətimizin başçısını
mərasim iştirakçıları
hərarətlə qarşıladılar.
"Azərsu" Səhmdar Cəmiyyətinin sədri
Nizaməddin Rzayev məlumat verdi ki, Oğuz və
Qəbələ rayonlarından
yüksək keyfiyyətli
içməli suyun Bakıya gətirilməsi
təşəbbüsünün müəllifi ümummilli
lider Heydər Əliyevdir. Ulu öndərin layiqli
davamçısı, dövlətimizin
başçısı İlham
Əliyev isə Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan
bu ideyanın reallaşması istiqamətində
mühüm addımlar
atmışdır. 2007-ci ilin
martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulmuş və tikinti işlərinə başlanmışdır.
Uzunluğu 262 kilometrdən
çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılmış, yarımstansiya quraşdırılmışdır.
Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr
yüksəklikdə baş
suqəbuledici qurğular
kompleksi tikilmiş, eyni zamanda, suyun
tənzimlənməsi üçün
kəmər üzərində
çoxsaylı nizamlayıcı
qurğular inşa olunmuşdur.
İdarəetmə məntəqəsində Prezident İlham Əliyevə təqdim olunan marşrut maketi əsasında boruların diametri, kəmərin uzunluğu, su sərfi, çay, şose və dəmir yolu keçidləri, axına nəzarət, təzyiqqırıcı və
təzyiqnizamlayıcı kameralar
barədə ətraflı
məlumat verildi.
Kəmərin suqəbuledici qurğular
sisteminin sxematik planı ilə tanış olan dövlətimizin başçısı
Oğuz-Qəbələ-Bakı və mövcud su kəmərləri vasitəsilə Bakı şəhərinə gələn
suların paylanması,
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişindən əvvəl
və sonra paytaxtın su təminatı, kəmərin
Oğuz rayonu ərazisindəki suqəbuledici
qurğular kompleksinin sxematik planlarını nəzərdən keçirdi.
Bildirildi ki, bu günədək paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl
üzrə su ilə təmin olunurdu. Oğuz-Qəbələ-Bakı
su kəməri istifadəyə verildikdən
sonra əhalinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaqdır. Cədvələ
uyğun su verilməsi müddəti
2 dəfəyə qədər
artacaqdır.
Daha sonra bildirildi
ki, paytaxtda yeni su xətləri
çəkiləcək, mövcud
kiçik diametrli borular böyükləri ilə əvəz olunacaq və bununla da yaxın
bir neçə ildə şəhərə
cədvəl üzrə
su verilməsi tamamilə aradan qaldırılacaqdır. Bakıətrafı
yaşayış məntəqələrində
isə bu problem yeni su
təchizatı və
kanalizasiya sisteminin yaradılması ilə həllini tapacaqdır.
Burada Prezident İlham Əliyevə su kəmərinin təhlükəsizliyini təmin
edən SCADA sistemi barədə də məlumat verildi. Bildirildi ki, bu sistem kəmərdə
baş verə biləcək bütün
qəzalar və sızmalar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına
malikdir.
Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı
su kəməri ilə içməli suyun paytaxta verilməsini bildirən qurğunu işə saldı.
Dövlətimizin başçısı
kompleksdə yaradılmış
Heydər Əliyev Muzeyi ilə tanış oldu. Muzeydə ulu öndərin rəhbərliyi
ilə ölkənin su təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif
dövrlərdə həyata
keçirilən tədbirləri
əks etdirən fotolar və videomateriallar toplanmışdır.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə ötən əsrin 70-ci illərində
Kür suyunun paytaxta verilməsi üçün görülən
işləri əks etdirən sənədli videogörüntülərə baxdı.
Muzeyin digər guşəsində Prezident
İlham Əliyevin bu missiyanı uğurla davam etdirməsini əks etdirən fotoşəkillər
vardır. Burada Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsini əks
etdirən fotolar da nümayiş olunur.
Prezident İlham
Əliyev kompleksin inzibati binasında yaradılmış
şəraitlə tanış oldu. Dövlətimizin
başçısı burada suyun fiziki və
kimyəvi analizinin aparıldığı laboratoriyaya
baxdı. Bildirildi ki, suyun tərkibinə
daim nəzarət etmək üçün burada ən müasir avadanlıq və cihazlar quraşdırılmışdır.
Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı
su kəməri ilə paytaxta gətirilən sudan içdi.
Sonra dövlətimizin başçısı kəmərdən
suyun qəbuledici kameraya daxil olması prosesini izlədi. Bildirildi ki, kəmərdən qəbul edilən su burada öz
axarı ilə şəhərdəki mövcud
anbarlara ötürülür,
oradan isə paytaxtın müxtəlif
istiqamətlərinə paylanılır.
Oğuz-Qəbələ-Bakı su kəmərinin sonuncu nöqtəsi olan və dəniz
səviyyəsindən 190 metr
yüksəklikdə yaradılan
Abşeron qurğular kompleksi paytaxtın 17-ci kilometrliyində yerləşir.
Burada kəmərin idarə olunması üçün bütün
infrastruktur müasir səviyyədə qurulmuşdur.
Layihə üzrə idarəetmə və nəzarətin beynəlxalq
təcrübəyə uyğun
reallaşdırılması üçün tender yolu ilə Almaniyanın
"CES Consaulting Engineers
Salzgitter" şirkəti
seçilmişdir.
Su kəmərinin layihələndirilməsi və
tikintisi "Turan Xəzinədaroğlu İnşaat
və Ticarət"-"Tekser İnşaat Sənaye və Ticarət"-"Gəncə
körpü tikinti-2" hüquqi
şəxslər birliyi
tərəfindən həyata
keçirilmişdir.
Komplekslə tanışlıqdan
sonra Prezident İlham Əliyev mərasimdə çıxış
etdi.
Azərbaycan.- 2010.- 29 dekabr.- S.1.