Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir xərclər proqramının (büdcəsinin) tərtibi icrası Qaydalarına uyğun olaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin gəlirləri 9 132 941,0 min manat, xərcləri 6 886 155,4 min manat məbləğində təsdiq edilsin.

 

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

Gəlir mənbələri               Gəlirlərin məbləği (min manat)

 

1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə ya iştirak payına düşən gəlirlər istisna olmaqla) - 8 349 564,1

2. Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar - 283 249,2

3. Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) - 148 024,4

4. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər - 498,5

5. Neftin qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər - 10 452,0

6. Fondun valyuta aktivlərinin yerləşdirilməsindən idarə olunmasından əldə edilən gəlirlər - 340 252,8

7. Digər gəlirlər daxilolmalar - 900,0

 

Cəmi 9 132 941,0

 

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 

Xərc istiqamətləri                Xərclərin məbləği (min manat)

 

1. Qaçqınların məcburi köçkünlərin sosial-məişət məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 110 000,0

2. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə transfert - 6 480 000,0

3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi - 33 446,0

4. Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 110 000,0

5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi - 80 215,1

6. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi - 15 000,0

7. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər - 57 494,3

 

Cəmi 6 886 155,4

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2010-cu il.

 

Azərbaycan.- 2010.- 29 dekabr.- S. 2.