"Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin İntizam
nizamnaməsi"ndə,
"Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili
xidmət nizamnaməsi"ndə dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin İntizam
nizamnaməsi"ndə, "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə və
"Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Daxili xidmət nizamnaməsi"ndə dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2010-cu il 22 oktyabr tarixli 1111-IIIQD nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Daxili xidmət nizamnaməsi"nin 64-cü maddəsinin
on ikinci abzasında (hər iki halda)
və 109-cu maddəsinin
on ikinci abzasında (hər iki halda)
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan
Respublikasının Müdafiə
Nazirliyi həyata keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 dekabr 2010-cu il
Azərbaycan.- 2010.- 29 dekabr.- S. 3.