2011-ci ildə Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)
Əlavə 1
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 28
dekabr tarixli sərəncamı ilə
təsdiq edilmişdir
I. Azərbaycan
Respublikası
Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri
1.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət
və məskunlaşma
məsələləri ilə
bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.2. Azərbaycan Respublikasının
2011-ci il dövlət büdcəsinə
transfert;
1.3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə yeni
su kəmərinin çəkilməsi layihəsinin
maliyyələşdirilməsi;
1.4. Samur-Abşeron suvarma
sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
1.5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
1.6. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramının
maliyyələşdirilməsi.
II. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun İnvestisiya siyasəti
2.1. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun investisiya siyasətinin məqsədi
2011-ci ildə Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun (bundan sonra - Neft Fondu adlandırılacaq)
investisiya siyasətinin
məqsədi Neft Fondunda toplanan vəsaitin aşağı
risk və aşağı
qiymət dəyişkənliyi
şəraitində idarə
edilməsi və bu siyasətə uyğun olan gəlirliliyin əldə edilməsidir. Qarşısında qoyulan məqsədə
nail olmaq üçün
2011-ci ildə Neft Fondunun vəzifəsi mühafizəkar, əsas kapitalın itirilməməsinə
və təminatlı
gəlirin əldə
edilməsinə imkan verən investisiya siyasətinin yeridilməsidir.
2.2. Neft Fondunun İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi
İnvestisiya portfeli - Neft Fondunun büdcəsində
təsdiq edilmiş xərclərin aparılması
üçün konvertasiya
edilərək manat hesablarına köçürülmüş
vəsait çıxıldıqdan
sonra qalan xarici valyutada ifadə olunan aktivlərdən ibarətdir.
2011-ci il üzrə
Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu
dəyəri (orta çəkili həcmi) 19,4 milyard manata
bərabər götürülür.
İnvestisiya portfelinin məcmu
dəyəri investisiya
portfelinə daxil olan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi
əsasında müəyyən
edilir.
2.3. Neft Fondunun vəsaitinin likvidliyi üzrə tələblər
Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi
fondun büdcə xərcləri üzrə
planlaşdırılan pul
və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli
səviyyədə olmalıdır. Bu səviyyəni
təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan
hissəsi nağd vəsait və ya onun ekvivalentlərində
saxlanmalıdır. Bu vəsaitin
göstərilən məbləğdən
az olması
halı 7 təqvim günündən çox
davam etməməlidir.
2.4. Neft Fondunun investisiya portfelinin valyuta tərkibi (səbəti) üzrə tələblər
ABŞ dolları
Neft Fondunun investisiya portfelinin baza valyutası müəyyən edilir.
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin:
- 50 faizi ABŞ dollarında
ifadə olunan aktivlərə;
- 40 faizi AVRO-da ifadə olunan aktivlərə;
- 5 faizi İngiltərə
funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 5 faizi isə "A" (Standart
and Purz, Fiç) və ya "A2" (Mudiz) kredit reytinqindən
aşağı olmayan
uzunmüddətli ölkə
(suveren borc) reytinqinə malik olan ölkələrin valyutalarında və ya ABŞ dollarında və xüsusi çəkidəki mütənasiblik
əsasında bölüşdürülərək
ABŞ dolları, AVRO və
İngiltərə funt
sterlinqində ifadə
olunan aktivlərə yerləşdirilə bilər.
2.5. Risklərin idarə
olunması üzrə
tələblər
Faiz dərəcəsi riski - Neft Fondunun investisiya
portfelinin faktiki ortaçəkili investisiya
müddəti (durasiyası)
dünya bazarlarındakı
cari vəziyyətdən
asılı olaraq fond
tərəfindən müəyyən
edilir və 48 ayı üstələməməlidir.
Kredit riski - Neft Fondunun
valyuta vəsaiti yalnız investisiya kredit reytinqli aktivlərdə və ya investisiya kredit reytinqli emitentlərin qiymətli kağızlarında yerləşdirilə
bilər.
Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir
investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən
edilir.
Neft Fondunun valyuta vəsaitinin 600 milyon
ABŞ dollarından artıq
olmayan hissəsi Xəzər dənizində
həyata keçirilən
mədən hasilatı
sənayesindən gəlirlərin
alınmasına imkan yaradan və özü və ya əsas təsisçisi
uzunmüddətli investisiya
reytinqinə malik olan emitent tərəfindən
buraxılan qiymətli
kağızlara investisiya
edilə bilər.
2.6. Neft Fondunun valyuta vəsaitinin xarici menecerlərin idarə edilməsinə verilməsi üzrə tələblər
Xarici menecerlərin
idarə edilməsinə
verilən vəsaitin həcmi aşağıdakı
kimi müəyyən
edilir:
- xarici menecerlərə idarəetməyə
verilən vəsaitin ümumi həcmi - İnvestisiya portfelinin məcmu dəyərinin 60
faizindən artıq olmayan hissəsi;
- bir xarici menecerə idarəetməyə verilən
vəsaitin maksimal həcmi İnvestisiya portfelinin məcmu dəyərinin 15 faizindən
artıq olmayan hissəsi.
Neft Fondunun vəsaitinin idarə edilməsinə cəlb edilən xarici menecerlərin investisiya siyasəti Neft Fondu ilə
bu menecerlər arasında bağlanan investisiya sazişində əks etdirilməlidir.
2.7. İnvestisiya portfelinin
idarə edilməsinin
proqnozlaşdırılan gəlirlilik
səviyyəsi
Neft Fondunun İnvestisiya portfelindəki aktivlərin
(investisiya portfelinin idarəetmə xərcləri
çıxılmaqla) idarə
edilməsinin hədəf
gəlirliliyi (bençmark)
kimi Britaniya Bankirlər Assosiasiyası
tərəfindən müvafiq
valyuta üzrə dərc edilmiş 3 (üç) aylıq LIBOR faiz dərəcəsi götürülür.
2.8. Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi üzrə məhdudiyyətlər
Neft Fondunun valyuta vəsaiti Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun tarixli 511 nömrəli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar"da nəzərdə
tutulan investisiya aktivləri və onların əldə edilməsi üçün
zəruri əməliyyatların
aparılması istisna
olmaqla, başqa istiqamətlərə, o cümlədən
qiymətli metalların
və daşların,
hər hansı daşınmaz əmlakın,
malların alınmasına
investisiya edilə bilməz.
Neft Fondunun valyuta vəsaiti bu Əlavənin 2.4-cü bəndində
göstərilən valyutalardan
əlavə digər valyutaların alınmasına
yalnız həmin valyutaların ABŞ dollarına
qarşı məzənnə
dəyişkənliyi riskinin
sığortalanması (hec)
şərti ilə investisiya edilə bilər.
Neft Fondunun valyuta vəsaiti idarə edilərkən valyuta arbitrajı, svop, forvard, fyüçers, opsion tipli törəmə
qiymətli kağızlarla
əməliyyatlar yalnız
maliyyə bazarlarında
əməliyyatların aparılması
zamanı qiymətin, yaxud məzənnənin dəyişməsi ilə
əlaqədar mümkün
olan riskin minimuma endirilməsi (hecinq) və ya investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədilə
həyata keçirilə
bilər.
Azərbaycan.-
2010.- 29 dekabr.- S. 7.