Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası ilə bağlı bəzi tədbirlər barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi idarə edilməsi haqqında Qaydalara, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir xərclər proqramının (büdcəsinin) tərtibi icrası Qaydalarına Dövlət Neft Fondunun 2011-ci il büdcəsinə uyğun olaraq qərara alıram:

 

1. “2011-ci il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilsin (əlavə olunur - Əlavə 1).

 

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası təsdiq edilsin (əlavə olunur - Əlavə 2).

 

3. Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılsın:

 

3.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik büdcəsinin həmin Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətlərinin (proqramının) tərtibinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2010-cu il.

 

Azərbaycan.- 2010.- 29 dekabr.- S. 2.