Azərbaycan Respublikası Özbəkistan Respublikası arasında 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış sənədlər haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. Azərbaycan Respublikası Özbəkistan Respublikası arasında 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

 

1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyəti haqqında Protokol;

1.2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün Əməkdaşlıq Proqramı;

1.3. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası Özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi (Dövlətavianəzarət) arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş;

1.4. Azərbaycan Respublikası Baş Prokurorluğu Özbəkistan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq hüquqi yardım haqqında Saziş;

1.5. “Azərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyəti Özbəkistan Milli Teleradio Şirkəti arasında Əməkdaşlıq Sazişi;

1.6. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq İncəsənət İnstitutu Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlıq haqqında Müqavilə.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Özbəkistan Respublikası tərəfini xəbərdar etsin.

 

Azərbaycan.- 2010.-29  dekabr.- S. 2.