“Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin İntizam
nizamnaməsi”ndə,
“Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili
xidmət nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹
5-6 (əlavə), maddə
93; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998-ci il, ¹ 1, maddə
15) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam
nizamnaməsi”nin 45-ci maddəsinin
ikinci hissəsi və 46-cı maddəsi çıxarılsın.
II. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹
22 (əlavə), maddə
347; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004-cü il, ¹3, maddə
133, ¹5, maddə 312; 2007-ci il,
¹8, maddə 754, ¹11, maddə
1078; 2008-ci il, ¹8, maddə
709) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon
və qarovul xidmətləri nizamnaməsi”nin
18-ci maddəsinin iyirmi
dördüncü abzasında
“, Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə
tutulmuş qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq” sözləri çıxarılsın.
III. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹
22 (əlavə), maddə
364; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004-cü il, ¹5, maddə
312, ¹6, maddə 415; 2007-ci il,
¹8, maddə 754; 2008-ci il,
¹8, maddə 709; 2010-cu il,
¹4, maddə 274) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Daxili xidmət nizamnaməsi”ndə aşağıdakı
dəyişikliklər edilsin:
1. 64-cü maddənin
on ikinci abzasında “qaldırmaq (təhqiqat təyin etmək)” sözləri “başlamaq,
təhqiqat aparmaq (müvafiq icra hakimiyyəti orqanına
aid hərbi hissələrin
və hərbi idarələrin ərazisində
hərbi qulluqçular
tərəfindən və
ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə
dair işlər üzrə cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının
təhqiqatçıları tərəfindən yerinə
yetirilir)” sözləri
ilə əvəz edilsin;
2. 109-cu maddənin
on ikinci abzasında “qaldırmaq, təhqiqat təyin etmək” sözləri “başlamaq,
təhqiqat aparmaq (müvafiq icra hakimiyyəti orqanına
aid hərbi hissələrin
və hərbi idarələrin ərazisində
hərbi qulluqçular
tərəfindən və
ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə
dair işlər üzrə cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının
təhqiqatçıları tərəfindən yerinə
yetirilir)” sözləri
ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2010-cu il.
Azərbaycan.- 2010.-29 dekabr.- S. 3.