Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində müasir tipli məktəbin təməlqoyma kommunal xidməti texnikasının təqdimatı mərasimlərində iştirak etmişdir

 

Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində müasir tipli məktəbin təməlqoyma kommunal xidməti texnikasının təqdimatı mərasimlərində iştirak etmişdir.

Xəzər rayonundakı 12 iri qəsəbədən biri olan Binə əhalisinin sayına görə ən böyük yaşayış məntəqəsidir. Son illər dövlətimizin başçısının diqqəti sayəsində görülən irimiqyaslı işlər, həyata keçirilən mühüm layihələr nəticəsində Xəzər rayonunda da sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə edilir. Binə qəsəbəsində geniş abadlıq-quruculuq, yenidənqurma işləri aparılır, sosial obyektlər tikilir, yollar çəkilir, yeni yerləri açılır. Qəsəbədə salınan yeni yaşayış massivlərinin sayəsində sakinlərin sayı 70 mini ötmüşdür. Bu isə həm qəsəbədəki mövcud məktəb, uşaq bağçası, səhiyyə ocaqları digər sosial obyektlərin sayının artırılması zərurətini yaratmışdır.

Xəzər rayonundan Milli Məclisə deputat seçilmiş Mehriban xanım Əliyevanın Binə sakinlərinə göstərdiyi diqqət qayğı sayəsində qəsəbə həm simasını dəyişir, həm yeni inşa olunan sosial-mədəni obyektlər, istirahət parkları ilə xeyli zənginləşir. Heydər Əliyev Fondunun prezidenti mütəmadi surətdə qəsəbədə olur, sakinlərin arzu istəkləri, problemləri, görüşlərdə qaldırılan məsələlərin həlli ilə yaxından maraqlanır. Başlıcası isə fəaliyyətində təhsili prioritet sahələrdən seçən fondun təşəbbüsü ilə inşa olunan yeni müəssisələr sayəsində Xəzər rayonundakı məktəb uşaq bağçalarının sayı artır. Mövcud məktəb bağçalarda aparılan yenidənqurma təmir işləri, əlavə korpusların inşası, həmin müəssisələrin yeni avadanlıqla təchiz edilməsi fondun ölkənin hər bir qəsəbə kəndində olduğu kimi, Binədə uşaqların keyfiyyətli və mükəmməl təhsil almasına hesablanmış addımlarındandır. Bu missiyasını uğurla davam etdirən Heydər Əliyev Fondu Yeni il ərəfəsində daha bir töhfəsini Binə qəsəbəsinə ərməğan etmişdir.

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunacaq müasir tipli yeni məktəbin layihəsi ilə tanışlıq zamanı Mehriban xanım Əliyevaya məlumat verildi ki, 660 şagird yerlik müasir tipli üçmərtəbəli məktəb kompleksi 1,26 hektar ərazini əhatə edir. Məktəbdə müasir təhsil standartlarına uyğun 17 sinif otağı, bundan əlavə 15 fənn kabineti laboratoriya, kompüter otağı, kitabxana, örtülü idman zalı, yeməkxana, akt zalı inşa olunacaqdır. Binada inzibati otaqlar, müxtəlif tədbirlərin keçirilməsi üçün zal nəzərdə tutulmuşdur.

Məktəbin həyətində ibtidai sinif şagirdləri üçün istirahət guşələri yaradılacaq, eləcə futbol, voleybol, basketbol meydançaları tikiləcəkdir.

Məktəbin elektrik istiliklə dayanıqlı təchizatı üçün qazanxana, su nasosu stansiyası tikiləcək, transformator, su çəni quraşdırılacaqdır.

Məktəb qəsəbədə mövcud təhsil müəssisələrindəki şagird sıxlığını aradan qaldırmaq, onların keyfiyyətli təhsil almasına daha yaxşı şərait yaratmaqla, xeyli sayda müəllim xidməti işçinin məşğulluğunu təmin edəcəkdir.

Yeni inşa olunacaq məktəbin sxemi ilə tanış olduqdan sonra qəsəbə sakinləri ilə görüşən bu əlamətdar hadisə münasibətilə onları təbrik edən Mehriban xanım ƏLİYEVA dedi:

- İlk növbədə, mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Parlament seçkilərində mənə səs verdiyinizə, dəstək olduğunuza görə, sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, biz qarşımıza qoyulan bütün məqsədlərə birgə nail olacağıq. Bu gün çox gözəl bir səbəblə görüşürük. Binədə yeni məktəbin təməli qoyulur. Çox müasir məktəbdir. 600 şagirdlik bu məktəb ən müasir tələblərə cavab verəcəkdir. Biz nəzərə alırıq ki, Binə qəsəbəsinin əhalisi artır bu da çox gözəl bir haldır. Ona görə , əlbəttə,

5 məktəb vardır. Amma daha bir yeni məktəbin olması çox gözəl haldır. Bu gün onun təməlini qoyuruq. Ümidvaram ki, yaxın gələcəkdə bu məktəb o biri məktəblər kimi vaxtında tikilib istifadəyə veriləcəkdir.

Mən Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı xoşbəxtlik arzulayıram. Sizə dərin minnətdarlığımı bildirirəm.

Binə sakini Baladadaş Qurbanov mütəmadi olaraq onlara göstərdiyi diqqət qayğıya görə qəsəbə əhalisi adından Mehriban xanıma təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu məktəbin tikintisi sakinlərə ən gözəl Yeni il hədiyyəsi olacaqdır. O, Mehriban xanım Əliyevanın xeyirxahlığı, qayğısı ilə qəsəbədə görülən işlərin minlərlə ailəyə sevinc gətirdiyini, sakinlər tərəfindən böyük rəğbətlə qarşılandığını dedi.

Qəsəbə sakinləri Heydər Əliyev Fondunun prezidentini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə təbrik edərək, ona bundan sonra da uğurlu fəaliyyət arzuladılar.

Sonra Mehriban xanım Əliyeva məktəbin təməlini qoydu.

Heydər Əliyev Fondunun prezidenti kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.

***

Daha sonra Xəzər İnkişaf Fondunun sosialyönümlü layihələrini həyata keçirmək üçün alınmış texnikanın təqdimatı oldu. Rayon ərazisində yaşıllıqların salınması, məişət tullantılarının yığılması, abadlıq işlərinin aparılması məqsədi ilə alınmış 3 su maşını, 2 yükünü özüboşaldan 4 məişət tullantıları daşıyan "KamAZ" markalı maşın, eləcə qreyder, yükvuran, traktor, çoxfunksiyalı ekskavator rayonun müvafiq icra strukturlarına təhvil verildi.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 dekabr.- S. 4.