Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Binə qəsəbə Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etmişdir

 

Dekabrın 28-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Xəzər rayonunun Binə qəsəbəsində mədəniyyət mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Heydər Əliyev Fondunun prezidentinə gül dəstələri təqdim edildi.

Mehriban xanım Əliyeva rəsmi açılışı bildirən qırmızı lenti kəsdi.

Məlumat verildi ki, son illər ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görülür, mədəniyyət incəsənət xadimlərinə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Bu baxımdan Heydər Əliyev Fondu onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqisinin qorunmasında mühüm rol oynayır.

Qeyd edildi ki, qarşıdan gələn bayramlar ərəfəsində Heydər Əliyev Fondu Binə qəsəbəsinin sakinlərinə daha bir gözəl hədiyyə bəxş etmişdir. Mehriban xanım Əliyevaya ünvanlanan çoxsaylı müraciətlər nəzərə alınaraq fondun layihəsi çərçivəsində Binə Mədəniyyət Mərkəzi əsaslı surətdə yenidən qurulmuş bu gün istifadəyə verilir.

Foyedə qurulan stenddə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyətimizin inkişafına diqqət qayğısını əks etdirən fotolar yer almışdır. Mehriban xanım Əliyeva Binə Mədəniyyət Mərkəzinin əvvəlki indiki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bildirildi ki, əvvəlki bina ötən əsrin 50-ci illərində tikilmiş mədəniyyət klubu kimi fəaliyyət göstərmişdir. Mərkəzdə yenidənqurma işlərinə 2007-ci ildə başlanılmışdır. İkimərtəbəli binada yerləşən mərkəz 2 min 425 kvadratmetr sahəni əhatə edir.

Bildirildi ki, mərkəzin birinci mərtəbəsində müxtəlif dərnəklər fəaliyyət göstərir. Burada şahmat rəsm dərnəkləri üçün bütün şərait yaradılmışdır. Rəsm otağında şagirdlərin əl işləri nümayiş olunur. Burada 14 minə yaxın kitabın saxlanıldığı ədəbiyyat fondu da yaradılmışdır. Dərnəklərdə məşğələlər keçən uşaqlar beynəlxalq yarışlarda da iştirak etmişlər.

Bildirildi ki, qəsəbədə yeni musiqi məktəbinə ehtiyac olduğu nəzərə alınaraq, mərkəzdə musiqi məktəbinin fəaliyyətinə şərait yaradılmışdır. Binanın ikinci mərtəbəsində yerləşən 24 nömrəli uşaq musiqi məktəbi ilə tanışlıq zamanı Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, burada 20 sinif, müəllimlər otağı digər inzibati otaqlar vardır. On ildən çoxdur ki, fəaliyyət göstərən musiqi məktəbində fortepiano, xalq çalğı alətləri, simli nəfəs alətləri, nəzəriyyə şöbələri vardır. Burada 300-ə yaxın uşaq musiqi təhsili alır. Uşaqlara skripka, klarnet, saz, fortepiano, tar, kamança, qarmon, balaban, nağara alətlərində ifa etmək öyrədilir, xanəndəlik dərsləri keçirilir. Gələcəkdə mərkəzdə, həmçinin xalçaçılıq, rəqs digər dərnəklərin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

Mehriban xanım Əliyeva mərkəzin tikiş otağına, bufetinə, oxu zalına, eləcə musiqidə fərqlənən uşaqların diplomlarına baxdı.

Heydər Əliyev Fondunun prezidenti binada müasir avadanlıqla təchiz edilmiş 156 yerlik tamaşa zalı ilə tanış oldu.

Bildirildi ki, mərkəzin qazanxanası, transformator stansiyası vardır. Həyətyanı sahədə abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır.

Mehriban xanım Əliyeva mərkəzin işinə uğurlar arzuladı.

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 dekabr.- S. 4.