Tanınmış alim Cəmil Quliyev son mənzilə yola salınmışdır

 

Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Cəmil Quliyevlə vida mərasimi keçirilmişdir.

Vida mərasimində Milli Məclisin deputatları, tanınmış elm adamları ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərhumun cənazəsi AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin binasının matəmsayağı bəzədilmiş böyük akt zalında qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur. Cənazənin ətrafına hökumət təşkilatları müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Cəmil Quliyevin həmkarları, dostları, tanışları, tanınmış elm xadimləri bura gələrək, görkəmli alimə gözəl insana son borclarını verirdilər.

Mərasimdə AMEA-nın prezidenti akademik Mahmud Kərimov, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyev akademik Vaqif Fərzəliyev çıxış edərək C.Quliyevin zəngin elmi yaradıcılığından danışmış mərhumun ailəsinə dərin hüznlə başsağlığı vermişlər.

Cəmil Quliyevin ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanındığını söyləyən natiqlər vurğulamışlar ki, o, Azərbaycanın müasir tarixi baxımından əhəmiyyət kəsb edən dövrlərin bir çox problemlərinin tədqiqi ilə bağlı kitab monoqrafiyaların, 400-ə yaxın məqalənin müəllifi olmuşdur. Onun rəhbərliyi yaxından iştirakı ilə on cilddən ibarət "Azərbaycan Sovet Ensiklopediyası", ikicildlik "Uşaq Ensiklopediyası", "Naxçıvan Ensiklopediyası" yeddicildlik "Azərbaycan tarixi" işıq üzü görmüşdür. Bacarıqlı elm təşkilatçısı kimi Cəmil Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas alması, onların dövrün tələblərinə uyğun aparılması Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri təqdirəlayiqdir.

Diqqətə çatdırılmışdır ki, Cəmil Quliyev bir tarixçi kimi Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında öz bilik bacarığını əsirgəməmiş, daim işğal olunmuş torpaqlarımızın azad edilməsi arzusu ilə yaşamışdır.

Xüsusi olaraq qeyd edilmişdir ki, tarixçi alim Cəmil Quliyevin yarım əsrdən artıq dövrü əhatə edən elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" "İstiqlal" ordenləri ilə təltif edilmişdir. Bütün bunlar bir daha ölkəmizdə elm, təhsil adamlarına verilən yüksək qiymətin bariz nümunəsindən xəbər verir.

Vida mərasimində çıxış edən alimin oğlu Rüstəm Quliyev göstərdiyi diqqət ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə akademikin ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

Sonra böyük alim, nurlu ziyalı Cəmil Quliyev doğmaları yaxınlarının çiyinlərində son mənzilə yola salınmışdır.

Mərhum 2-ci Fəxri xiyabanda torpağa tapşırılmışdır.

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 dekabr.- S. 5.