2010-cu il
noyabrın 24-də Bakı
şəhərində imzalanmış
“Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi və Argentina Respublikasının
Xarici İşlər,
Beynəlxalq Ticarət
və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələr
haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2010-cu il noyabrın
24-də Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və
Argentina Respublikasının Xarici İşlər, Beynəlxalq
Ticarət və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələr
haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Memorandumun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Memorandumun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Argentina
Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2010-cu il.
Azərbaycan.- 2010.-30 dekabr.- S. 3.