“Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2010-cu il
21 dekabr tarixli 34-IVQD nömrəli Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2010-cu il 21 dekabr tarixli 34-IVQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1. qüvvədə olan
qanunvericilik aktlarının “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
3. öz səlahiyyətləri
daxilində həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2010-cu il.
Azərbaycan.- 2010.- 30 dekabr.- S. 3.