ABŞ:
"Azadlığı"yoldan çıxaranlar
"Qui non est nobiscum, adversus nos
est" "Kim bizimlə deyildirsə, o, bizim əleyhimizədir"
Son onilliyin
hadisələri aşkar şəkildə göstərir ki,
ABŞ mütəmadi olaraq siyasi şantaj məqsədilə
informasiya "istehsal edir".
Son iki administrasiyanın
hakimiyyətdə olduğu, İraqa qanunsuz müdaxilə
edilməsi, iqlim dəyişmələri haqqında "Kioto
protokolu"nu ratifikasiya etməkdən imtina olunması, Əbu-Qreyb
və Quantanamo həbsxanalarında məhbuslara işgəncələr
verilməsi, Əfqanıstana müdaxilə və sonradan bu
ölkədə narkotiklər istehsalının
"çiçəklənməsi" və nəhayət,
dünyanı iqtisadi böhrana təhrik etmiş "Uoll
Strit" maliyyəçilərinin həyasızlığı
ilə "əlamətdar" olmuş illər ABŞ-ı
dünyada mənəvi və siyasi liderlik hüququndan məhrum
etmişdir.
ABŞ-ın öz nümunəsi
əsasında və ona oxşar "Dünya demokratiya cəmiyyəti"ni
qurmaq üçün göstərdiyi qondarma cəhdlər
"ixrac edilən məhsul"un bəyan edilən dəyərlərə
uyğun gəlməməsi səbəbindən uğursuz
olmuşdur. Yadda saxlamaq lazımdır ki, beynəlxalq birliyin
böyük hissəsi ona zorla sırınan "Amerika
demokratiyası"nın dünyanın
bütün qalan ölkələrinə nümunə ola bilməsi
ideyasını qəbul etməmişdir. Hətta
ABŞ-ın tərəfdarları da ABŞ-ın öz
fikrini başqalarına zorla qəbul etdirmək hüququ məsələsini,
Amerika dəyərlərinin özünü şübhə
altına almışlar.
ABŞ "xeyriyyəçi"
Corc Sorosun, ABŞ Konqresinin və Dövlət Departamentinin vəsaitləri
hesabına maliyyələşdirilən "Azadlıq
radiosu", Amnesty International, Freedom House, Human Rights Watch və
Transparency International kimi "demokratik dəyənəklər"dən
istifadə edilməsi üzrə lider olaraq qalır. Bu təşkilatların hesabatlarında bütün
ölkələrin adları sadalanır, lakin əsas
düşmənlər kimi ABŞ-ın geosiyasi əleyhdarları
və onların dostları xüsusi fərqləndirilir.
Vaşinqtonun "altına uzanmamağa" cəsarət
edənlərin insan hüquqları ilə bağlı vəziyyəti
ilbəil pisləşir. Çoxları
bilmir ki, keçən əsrin 50-70-ci illərində
"Azadlıq radiosu"nun informasiyası uzun müddət
ABŞ-da qadağan edilmişdir. Çünki
burada aşkar yalan publikasiyaların sayı hədsiz çox
idi və bu məlumatlar ictimai rəyə mənfi təsir
göstərə bilərdi. İndiki dövrdə
hüquqi qadağaların aradan qaldırılmasına
baxmayaraq, ABŞ-da informasiya sahəsi heç də az sərt nəzarətdə deyildir.
Hələ soyuq müharibə
dövrünün lap əvvəlində (40-cı illərin
sonu) MKİ "Məzhəkəçi" (Mockingbird) əməliyyatına
start vermişdi. Bu əməliyyatın məqsədi
ən iri media qurumlarına təsir göstərmək və
aparıcı jurnalistləri ələ almaq idi. Bu əməliyyat uğurla inkişaf etdirildi. Cəlb
edilmiş media strukturlarının siyahısına ABC, NBC, CBS
telekanalları, Time, Newsweek, Associated Press, UPI, Reuters,
"Washington Post", "Los Angeles Times" və digər mətbu
KİV-lər və informasiya agentlikləri, eləcə də
MKİ-nin məxfi tapşırıqlarını yerinə
yetirən 400 jurnalist daxil edilmişdi.
Xüsusi xidmət
orqanları qeyri-rəsmi "susma andı"nı
pozan jurnalistləri bağışlamırdı. MKİ mövzusuna bir neçə
açıq-aşkar material həsr etmiş məlumatlı
jurnalistlərdən biri olan Stiven Kanqas özünü
tapança ilə vuraraq öldürmüşdür.
Sistemin digər qurbanı 25 il müddətində MKİ-nin agenti olan və
2000-ci ildə MKİ ilə əlaqədar "Vyetnam feniks
proqramı" haqqında məqalələr nəşr etdirəndən
sonra qəddarcasına döyülmüş jurnalist Ralf Mak Gi
olmuşdur.
Aşkardır ki,
"dünya proletar inqilabı" haqqında sovet ideyası
kimi "Amerika liberalizmi" də sülh nəzəriyyəsi
deyil, çox güman ki, "xaç
yürüşü" nəzəriyyəsidir, Birləşmiş
Ştatların qlobal strategiyasının əsasını isə
liberal ideyalar təşkil edir və o, "sülh
strategiyası kimi deyil, münaqişə strategiyası
kimi" çıxış edir.
6-cı Amerika
donanmasının zirehini geyinmiş liberalizm Birləşmiş
Ştatların imperiya ambisiyalarını qidalandırır,
çünki Amerika liberalizminin siyasi fəlsəfəsi digər
siyasi ideologiyalara dözümlü deyildir.
Bununla belə,
"qlobal liberal imperiya" yaratmağa çalışan
ABŞ istifadə etdiyi metodlar baxımından hədsiz canfəşanlıq
etmişdir. ABŞ "Amerikaya oxşayan" ölkələr
yaradarkən faktiki olaraq nəzəriyyəçiliyə o qədər
də əhəmiyyət vermir, demokratik dəyərləri
özünün istədiyi kimi sərbəst yozmaqla
dünyanı zorla "birləşdirir". Lakin ABŞ-dan minlərlə kilometr uzaqda olan ölkələrdə
hakimiyyətləri dəyişdirən amerikalılar özlərindən
sonra qondarma yüksək Amerika ideallarına kölgə salan
şleyf qoyurlar.
"Bu, köpəkoğludur, amma bizim köpəkoğludur"
Prezident F.D.Ruzvelt Nikaraqua diktatoru Samosa haqqında
Amerikalıların
İraqa soxulmasını, sonradan bu ölkənin dövlət
başçısını devirməsini və dövlətçiliyi
dağıtmasını xatırlamaq yerinə düşər. Bu, proseslərin
gedişatında həmin ölkədə kütləvi
qırğın silahlarının mövcudluğu barədə
ittihamların əsassız və
saxtalaşdırılmış olması üzə
çıxmışdır. Oğul
Buş atası tərəfindən başlanmış işi
davam etdirərək Yaxın Şərqdə vəziyyətin
sabitliyini pozmaqla geosiyasi qüvvələr nisbətini dəyişmişdir.
Ölüm-dirim oyunu Amerika əsgərləri
üçün Amerika prezidentlərinin sevimli məşğələsi
olan "ruletka oyunu"na oxşar əyləncəyə
çevrilmişdir. Burada İraqın dinc sakinlərinin
kütləvi şəkildə güllələnməsini və
Amerika əsgərləri tərəfindən Reuters
agentliyinin reportyorlarının öldürülməsini də
xatırlatmaq olar. Əbu-Qreyb həbsxanasında
məhbuslara verilən işgəncələr ABŞ-ın
timsalında "İnsan hüquqlarının
istinadgahı" üçün xəcalət mənbəyi
olmuşdur.
2004-cü ilin
aprel ayında CBS telekanalında "60 dəqiqə"
proqramının efirində bu həbsxanadakı məhbusların
təhqir edilməsi barədə süjet göstərilmişdir. Amerikalı əsgərlər
məhbuslara işgəncə verir, at belində onların
üstündən keçir, məhbusları it kimi hürməyə,
ayaqyolundan qida tutmağa məcbur edir, onları
zorlayırdılar. İşgəncə səhnələrinin
fotoşəkilləri CBS telekanalında reportaj translyasiya ediləndən
bir neçə gün sonra "New York Times" qəzetində
dərc edilmişdi. Sonralar ABŞ hökuməti
Amerikanın Əfqanıstandakı və İraqdakı hərbi
bazalarında işgəncələrin fotoşəkillərinin
dərc olunmasını qadağan etmiş və bu
qadağanı informasiya azadlığı haqqında qanuna
düzəlişlə əsaslandırmışdır.
Həmin düzəlişə görə əgər
müəyyən publikasiya kiminsə həyatına və ya təhlükəsizliyinə
təhdid yarada bilərsə o, qadağan edilir (bu halda guya Əfqanıstanda
və İraqda məhbusları zorlayan amerikalı əsgərlərin
təhlükəsizliyindən söhbət gedirdi - red.).
ABŞ hakim dairələri öz mənafeləri
naminə söz azadlığını xeyli məhdudlaşdıraraq
hər hansı senzuranı asanlıqla tətbiq edə bilərlər.
Nəticədə həmin iş üzrə 12 hərbi
qulluqçu məhkum edilmişdi. Lakin
onların arasında Pentaqonun heç bir yüksək vəzifəli
məmuru yox idi.
2004-cü ildən sonrakı
6 il ərzində İraqda müharibə zamanı 100 mindən
çox insan həlak olmuşdur, onların 66 mindən
çoxu dinc sakinlər idi. Beləliklə,
İraqda müharibənin hər günü 31 nəfər
dinc sakinin həyatına son qoyur.
Amerikalı əsgərlərin
buna oxşar hərəkətləri Əfqanıstanda
"demokratik idealların təntənəsi uğrunda"
müharibənin gedişində də qeydə
alınmışdır. Britaniyada çıxan "Guardian" qəzetinin
yazdığına görə, ABŞ silahlı qüvvələri
Əbu-Qreyb həbsxanasındakına bənzər işgəncələri
Kabil və Qəndəhar yaxınlığındakı əsas
Bəhram həbsxanasında da tətbiq etmişlər.
İşgəncələr
zamanı məhbusların qollarını burur,
ağızlarına boş tapança soxaraq tətiyi çəkirdilər. Bu halda
amerikalı əsgərlər məhbusun boynuna
salınmış kəndiri elə dartırdılar ki, o,
huşunu itirir, sonra isə onu beysbol bitası ilə
ölüncə döyürdülər. Məhbusların
üstünə itləri qısqırdır, onları
döyür, sümüklərini sındırır və ən
nalayiq şəkildə zorlayırdılar.
ABŞ tərəfindən
demokratik dəyərlərin qəddar və rəhmsiz üsullarla
"yayılması"nın kökləri
ötən əsrin ortalarına gedib çıxan tarixə
malikdir.
1953-cü ildə Amerika Birləşmiş
Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi
İranda çevriliş törədərək demokratik yolla
seçilmiş Məhəmməd Müsəddiqin hakimiyyətini
devirmiş, onu diktator Məhəmməd Rza Pəhləvi ilə
əvəz etmişdir, özü də yalnız ona görə
ki, Müsəddiq İngilis-İran Neft Şirkətini milliləşdirmək
istəyirdi.
Buna oxşar
hadisə Qvatemalada da baş vermişdir. MKİ bu
ölkədə demokratik yolla seçilmiş prezident Xakobo
Arbensi Rokfellerə məxsus "United Fruit Company" şirkətini
milliləşdirmək niyyətinə görə
devirmişdir. Bu şirkətin səhmdarlarından
biri də MKİ-nin direktoru Allen Dalles idi ("İblis" əməliyyatı).
Nəticədə Arbensi bir-birinin ardınca əvəz edən
"sağçı" diktatorlar sonrakı 40 il ərzində 100 mindən çox Qvatemala
sakinini məhv etmişlər.
Sonrası daha
pis olmuşdur.
1957-1973-cü illərdə MKİ praktiki olaraq
ildə bir çevriliş törətmiş, Laosda demokratik
seçkilərin nəticələrini heçə endirməyə
çalışmışdır. MKİ
öz planlarını həyata keçirmək məqsədilə
əvvəlcə qondarma "gizli muzdlu asiyalılar ordusu"
formalaşdırır, bir sıra uğursuzluqlardan sonra isə
ABŞ Laosu bombalamağa başlayır. Buraya
atılmış bombaların sayı İkinci Dünya
müharibəsi dövründə amerikalıların
atdığı bütün bombaların sayından çox
olmuşdur.
1964-cü ildə
MKİ Braziliyada hərbi çevriliş edərək Joao
Qulartın demokratik yolla seçilmiş hökumətini
devirir. Onu əvəz edən xunta tarixdə ən qanlı
rejimlərdən birinə çevrilmişdir - general Kastelo
Branko Latın Amerikasında ilk "ölüm eskadronları"
yaradır, onların əsas məqsədi siyasi opponentləri
həbs etmək, onlara işgəncələr vermək və
fiziki şəkildə aradan götürmək idi.
MKİ-nin
1965-ci ildə İndoneziyada həyata keçirdiyi
çevrilişin nəticələri daha genişmiqyaslı
olmuşdur.
Bu çevriliş zamanı ölkənin demokratik hakimi Sukarno
vəzifəsindən kənarlaşdırılmış, onu
əvəz etmiş "kommunistləri ovlayan" general
Suxarto müxtəlif hesablamalara görə 500 mindən 1
milyona qədər mülki şəxsi qanına qəltan
etmişdir.
Amerikasayağı
"demokratiya ixracı"na daha bir
nümunə kimi 1973-cü ildə Çilidə həyata
keçirilmiş klassik çevrilişi göstərmək
olar. Bu çevriliş nəticəsində
ölkənin demokratik yolla seçilmiş sosialist lideri
Salvador Alyende məhv edilmişdir. Alyende ilə
ABŞ arasında problemlər Alyende amerikalılara məxsus
olan şirkətləri milliləşdirməyi qərara
aldığı vaxtdan başlanmışdır. Nəticədə
MKİ Alyendeni "ağ mundirli, lakin qara qəlbli" bir
adamla - general Avqusto Pinoçet ilə əvəz etmiş,
onun obrazı uzun illər boyu "diktatura"nın
sinoniminə çevrilmişdir. Sonralar ABŞ
öz əlaltısını cinayət təqibindən xilas
etmək üçün əlini ağdan-qaraya
vurmamışdır.
Kambocada
çevrilişin nəticələri də buna oxşar
olmuşdur.
Bu ölkədə 1970-ci ildə şahzadə Saunek MKİ tərəfindən
devrilmiş, nəticədə Lon Nolun oyuncaq hökuməti
hakimiyyətə gəlmiş və özünün
qeyri-populyar hərəkətləri ilə 1975-ci ildə Pol
Pot başda olmaqla "Qırmızı kxmerlər"in
hakimiyyətə gəlməsini təmin etmiş, onlar isə
ölkənin milyonlarla vətəndaşını məhv
etmişdir.
MKİ reseptləri üzrə
demokratiya "ixracı" Boliviya, Ekvador, Dominikan
Respublikası, Zair, Honduras, Panama və Salvadorda da həyata
keçirilmişdir.
Elmazotda (
1983-cü ildə
MKİ Hondurasın hərbi hakim dairələrinə
"insan resurslarının istismarı üzrə rəhbər
vəsait" vermişdir. Əslində bu,
işgəncələr verilməsi üzrə dərslik idi.
Sonralar bədnam "316-cı batalyon" həmin
vəsaitdən istifadə edərək minlərlə
"solçu" dissidentə işgəncələr
vermişdir.
Keçən əsrin
80-ci illərinə yaxın "liberal dəyərlərin
ixracı" texnologiyası tamamilə yeni səviyyəyə
çatdırılmışdır. Nümunə kimi
1979-1989-cu illərdə sovet qoşunları Əfqanıstana
soxularkən əfqan mücahidlərinin maliyyələşdirilməsi,
silahlandırılması və hazırlanması üzrə
mahiyyət etibarilə uzunmüddətli proqram olan
"Siklon" məxfi əməliyyatını göstərmək
olar. Bu proqram qonşu Pakistanla əlaqədar
olan islamçı qrupların hərtərəfli dəstəklənməsini
təmin edirdi. MKİ-nin ABŞ
hüdudlarından kənarda həyata keçirdiyi ən
uzunmüddətli məxfi əməliyyatlarından biri olan bu
əməliyyatın büdcəsi ilk illərdə 30 milyon
ABŞ dollarından çox deyildi, lakin 1987-ci ildə bu rəqəm
630 milyon ABŞ dollarına çatmışdı. Proqram çərçivəsində əfqan səhra
komandirlərinin bütöv bir nəsli, məsələn, Cəmaləddin
Xaqani və Gülbəddin Hikmətyar kimi komandirlər
yetişdirilmişdir. Bunlardan birincisi Səudiyyə
Ərəbistanından olan könüllülərin
hazırlanmasına görə cavabdeh idi. Onların
arasında məşhur Üsəma Bin Laden də var idi.
Yeri gəlmişkən,
bəzən MKİ-nin öz əlaltılarının da aqibəti
belə olurdu.
Məsələn, keçən əsrin 60-cı illərindən
Panamaya rəhbərlik edən və MKİ-dən məvacib alan general Noryeqanın aqibəti belə sonluqla
bitmişdir. 1972-ci ildən MKİ-nin məlumatı
ola-ola Noryeqa narkotrafiklə məşğul olur və
yalnız müstəqilliyinin get-gedə artması onun 1989-cu
ildə Vaşinqton tərəfindən devrilməsinə gətirib
çıxarır.
Amerika cəza
maşınının azğınlıqlarını ifşa
etməyə cəhd göstərən amerikalı və
xarici jurnalistlər və publisistlər senzuraya, təhqirlərə,
işgəncələrə və qətllərə məruz
qalırdılar. ABŞ-ın "xeyir-duası" ilə
XX əsr tarixində bu cür ritual qəddarlıqların,
riyakarlıq və həyasızlıqların sayı
çoxdur.
Karib dənizinin "Bastiliya"sı
Quantanamo körfəzində
ABŞ-ın hərbi-dəniz bazasındakı həbsxana
ABŞ-ın "ikili standartları"nın
ən parlaq rəmzinə çevrilmişdir. Bu
həbsxana 2002-ci ilin yanvar ayında yaradılmış, o vaxt
taliblərin tərəfində döyüş əməliyyatlarında
iştirak etməkdə ittiham edilən Əfqanıstandan gətirilmiş
ilk 20 nəfər bu həbsxanaya yerləşdirilmişdi.
Sonralar Səudiyyə Ərəbistanından, Yəməndən
olan yüzlərlə insan, hətta ABŞ-ın Çin Xalq
Respublikasına verməkdən imtina etdiyi uyğur
separatçıları da bu həbsxanaya
salınmışdılar.
Quantanamodakı
məhbusların çoxu onlara rəsmi ittiham təqdim edilmədən
orada saxlanılır. Quantanamoda məhbuslara ABŞ hökuməti
və Prezidenti tərəfindən
sanksiyalaşdırılmış işgəncələr, o
cümlədən suda boğulma, elektrik cərəyanı
vurması imitasiyası və fiziki işgəncələr tətbiq
edilir. Pentaqon bəyan etmişdir ki, bu
cür münasibəti qeyri-insani münasibət hesab etmək
olmaz. ABŞ işgəncələr nəticəsində
etiraf ifadələri vermiş məhbusların
ABŞ Prezidenti Barak Obama
2009-cu il yanvarın 21-də, bu vəzifədə
işinin 2-ci günündə Quantanamo həbsxanasının
ləğv edilməsi haqqında fərman
imzalamışdır. Bu düşərgə bir il müddətində bağlanmalı idi. Bazadakı məhkəmələrin işi 120
günlüyə dayandırılmışdı. Lakin Prezidentin qərarı icra edilməmişdir, həbsxana
hələ də fəaliyyətini davam etdirir və etdirəcəkdir.
ABŞ-ın müasir siyasətini
Zbiqnev Bjezinski çox dəqiq səciyyələndirmişdir:
"Əvvəllər Birləşmiş Ştatların rəmzi
Azadlıq Heykəli idisə, indi Quantanamo həbsxanası belə
bir rəmzə çevrilmişdir".
Amerika siyasətçiləri
dünyanın bütün ölkələrini Amerika siyasi
sisteminin nümunəsi üzrə və ona oxşar qaydada
yenidən qurmağın mümkünlüyü
illüziyasına qapılmışlar. Bu halda həmin "yenidənqurma"nın yuxarıda sadalananlara oxşar bədnam
metodlarından istifadə etməkdən də çəkinmirlər.
Zaman göstərmişdir ki, bu illüziya
reallıqdan uzaq imiş.
İN GOLD WE TRUST!
(Biz qızıla inanırıq!)
Müasir beynəlxalq
münasibətlərin əsas mübahisəli məsələsi
mərkəzi ABŞ olan qondarma "ümumdünya liberal
imperiyası" daha güclü üzvlərin mənafelərinin
daha zəiflərə zorakılıqla qəbul etdirilməsinə
deyil, dünya ölkələrinin mənafelərinin harmonikləşdirilməsinə
gətirib çıxara bilərmi sualıdır.
Bu suala cavab
vermək üçün Amerika modeli üzrə dünya
nizamının perspektivlərini və onun
arxitekturasını, belə demək mümkündürsə,
həyat qabiliyyətini, eləcə də ABŞ-ın siyasi
və iqtisadi sistemlərinin daxili arxitekturasını təhlil
etmək lazımdır.
ABŞ-ın
iqtisadi və siyasi sistemlərinin daxili arxitekturasından
danışarkən qeyd etmək lazımdır ki, "Uoll
Strit" ofislərində start götürmüş dünya
maliyyə böhranı məhz bu sistemlərin tənəzzülündən
irəli gəlmişdir.
"Uoll
Strit"dəki maliyyəçilər neoliberalizmin səhvləri
nəticəsində qanunvericilikdə yaranmış
boşluqlardan əsla vicdan əzabı çəkmədən
istifadə etməklə, faktik olaraq dünya
iqtisadiyyatını uçurum qarşısında
qoymuşlar. Derivativlərin spekulyativ bazarının məsuliyyətsizcəsinə
şişirdilməsi ən iri investisiya banklarının
iflasa uğramasına və bunun ardınca iqtisadiyyatın real
sektorlarında da müflisləşməyə gətirib
çıxarmışdır. Borc hesabına yaşayan
və planetin "qara dəliyi" rolunu yerinə yetirən -
hər şeyi udan Amerika "istehlak cəmiyyəti"nin həyat tərzi əslində Amerikanı
iqtisadi təhlükəsizlikdən məhrum etmişdir.
Çox böyük həcmdə
ticarət və büdcə kəsiri ilə yanaşı,
yığım normasının ən aşağı səviyyəsinin
müşahidə edildiyi ABŞ bu gün məcburiyyət
üzündən ABŞ dövlət istiqrazlarını
külli miqdarda alan xarici ölkələrin
dəstəyi olmadan yaşaya bilməz. Bu
gün Çin kimi güclü dünya dövlətlərinin
3 trilyon ABŞ dolları məbləğində dövlət
istiqrazları vardır. Beləliklə,
onlar Amerika büdcəsindəki kəsirə sponsorluq edirlər.
Şübhə
yoxdur ki, Amerika iqtisadiyyatı hələ uzun müddət
dünyanın ən iri iqtisadiyyatı olacaqdır. Lakin Çin və digər
inkişaf etməkdə olan ölkələr, məsələn,
Avropa İttifaqı ölkələri, BRHÇ (Braziliya,
Rusiya, Hindistan, Çin), ərəb dünyası ölkələri
və Türkiyə, Yaponiya və Cənubi Koreya ilə birlikdə
ASEAN (Cənub-Şərqi Asiya ölkələri) ilə
ABŞ arasındakı fərq azalacaq və bu, Amerikanın
dünya hegemonu rolunu kiçildəcəkdir.
ABŞ-ın siyasi sisteminə
gəldikdə isə, Amerikanın "Çəkindirmələr
və tarazlaşmalar" ("Checks and Balances") deyilən
daxili siyasi sisteminin hakimiyyətin 3 qolunun bölünməsi təməlinə
əsaslanan prinsipləri nə qədər cəlbedici olsa da,
bu sistemin bir sıra ciddi qüsurları bir tərəfdən
daxili siyasi quruluşun Amerika modelinin həyatqabiliyyətli
olmasına kölgə salır, digər tərəfdən bu
modelin ədalətli və yüksək dərəcədə
mənəviyyatlı olması barədə ABŞ
iddialarının əsaslandırılmasını
şübhə altına alır.
MONEY TALKS
(Pul idarə edir)
Lobbizm
ayrı-ayrı şəxslərin, korporativ qurumların (eləcə
də onları təmsil edən peşəkar lobbiçi
firmaların və ictimai təşkilatların) mənafelərini
dövlət hakimiyyəti orqanlarında irəlilətməkdən
ibarət olan siyasi sistem institutudur. Onun məqsədi həmin şəxslər
və korporativ qurumlar üçün sərfəli siyasi qərar
qəbul edilməsinə nail olmaqdır. Son
onilliklərdə lobbizm siyasi korrupsiyanın qanuniləşdirilmiş
forması kimi hakimiyyətin hər 3 qolunda bütün siyasi qərarlar
qəbul edilməsinin ayrılmaz tərkib hissəsinə
çevrilmişdir.
Birləşmiş
Ştatlarda müxtəlif lobbiçilik fəaliyyəti nəticəsində
Senat daim ABŞ-ın milli mənafelərinə zidd olan, bəzən
isə adi insan əxlaqı normaları ilə ziddiyyət təşkil
edən siyasi qərarlar qəbul edir.
Hollivud filmlərinin
ən populyar mövzularından birinə çevrilən
konqresmenlər, senatorlar və qubernatorlar ətrafındakı
qalmaqallar artıq çoxdan bəri nə isə qeyri-adi hadisə
sayılmır. Məsələn, İllinoys
ştatının qubernatoru ilə bağlı əhvalat ən
hay-küylü hadisələrdən biri olmuşdur. O,
korrupsiyada şübhəli bilinərək 2008-ci ilin
dekabrında həbs edilmişdir. Rod
Blaqoyeviç qubernator olduğu dövrdə ABŞ
Senatında Barak Obama prezident seçilənə qədər
onun tutduğu yeri satmaq məqsədilə sövdələşmədə
iştirak etmişdir.
Demokrat
konqresmen Con Murta da korrupsiya ilə bağlı qalmaqala cəlb
edilmişdir.
Konqresmen Murta ABŞ Konqresinin Nümayəndələr
Palatasının maliyyələşdirmə komitəsində
özünün xidməti mövqeyindən istifadə edərək,
pulların onunla bağlı şirkətlərin
hesablarına köçürülməsinin "qeydinə
qalmışdır". Bu yolla "Mountaintop
Technologies" şirkəti 10 milyon dollar, "Kuchera
Industries" şirkəti isə 9 milyon dollar
almışdır.
Ətraf
mühit üçün çəkilən xərclərə
görə cavabdeh olan demokrat konqresmen Norm Diks öz oğluna
mənfəət gətirə biləcək proqramın maliyyələşdirilməsini
kəskin şəkildə artırmışdır. Diks Nümayəndələr
Palatasının daxili işlər, ətraf mühit və
onunla əlaqədar müəssisələr üzrə maliyyələşdirmə
altkomitəsinin sədri idi. O, özünün təklifi
ilə 2010-cu ildə 2009-cu ildəkinə nisbətən 1,5 dəfə çox vəsait almalı olan
layihənin maliyyələşdirilməsini artırmağa
çalışmışdır. Diks
Vaşinqton ştatında suyun təmizlənməsi üzrə
onun oğlunun idarə etdiyi proqramın maliyyələşdirilməsini
əhəmiyyətli dərəcədə (5 milyon ABŞ
dolları məbləğində) artırmağı təklif
etmişdir.
Maliyyələşdirmə
komitəsinin rəhbəri olan Viskonsin ştatından demokrat
Devid Obi "Milli Parklar haqqında" qanuna ABŞ Milli
Parklarının abadlaşdırılması
üçün 2 milyard dollar məbləğində xərclər
maddəsinin daxil edilməsinə
çalışırdı, eyni zamanda, onun oğlu Milli
Parkların Mühafizəsi Assosiasiyasının əsas
lobbiçisi idi.
Nümayəndələr
Palatasında Kaliforniyadan olan demokrat xanım Maksin Voters maliyyə
bazarının tənzimlənməsinə cavabdeh olan yüksək
vəzifəli məmurlara təsir göstərmək cəhdində
təqsirləndirilmişdir. Konqresmen Voters ölkənin
ən iri banklarından birinə 50 milyon ABŞ dolları məbləğində
yardım ayrılmasına çalışırdı. Onun əri bu bankın direktorlar şurasının
üzvü və iri səhmdarı idi.
2009-cu ilin
payızında Amerika 30-dan çox konqresmenin və onların
aparat əməkdaşlarının öz milyonlarını
necə qazanmalarından xəbər tutdu.
Pensilvaniya ştatından
olan demokrat, altkomitə rəhbəri Con Murta və onun partiya
üzrə məsləkdaşlarından bir neçəsi:
Vaşinqton ştatından Norm Diks, İndiana ştatından
Piter Visloski, Virciniya ştatından Ceyms Moran və
başqaları, ümumiyyətlə, bu altkomitənin üzvlərinin
təqribən yarısı şübhə altına
alınmışdır.
Onlar
hamısı səylərini birləşdirərək son iki
ildə müdafiə sahəsində qanunlar üzrə
ixtisaslaşan "PMA Group" lobbiçi təşkilatının
müştəriləri olan şirkətlərlə
müqavilələr üçün 200 milyon dollardan
artıq vəsait ayrılmasına şərait
yaratmışlar. Bunun müqabilində həmin şirkət
qanunvericilərin seçki fondlarına səxavətlə ianələr
verirdi. Məsələn, 77 yaşlı Murta 2002-ci,
2004-cü və 2006-cı illərin seçki tsiklləri
üçün 2,37 milyon dollar
almışdır. 2007-ci və 2008-ci illərdə
Visloski və Moranın hərəsinə 1 milyon dollar
çatmışdır. Elə həmin
dövrdə FTB bu lobbiçi firmanın fəaliyyəti ilə
maraqlanmışdı. Hüquq-mühafizə
orqanlarının reydlərindən və onun əsasını
qoyanlar arasında dava-dalaşlardan sonra 2008-ci ilin may ayında
lobbi şirkətinin mövcudluğuna xitam verilmişdir, lakin
araşdırma davam edir.
ABŞ
Konqresində etika məsələlərinə dair təhqiqatlar
aparılması nadir hadisə deyildir. Lakin bu təhqiqatlar həmişə
son dərəcə məxfi şəkildə aparılır.
Etika komitəsi Kapitolidə ən çox məxfiləşdirilmiş
qurumlardan biridir: onun üzvləri və ştatlı
işçiləri cari və ya əvvəlki işlərlə
bağlı hər hansı məlumatları yaymayacaqları
barədə iltizam verirlər. Qeyri-etik
davranışı məlum olmuş konqresmenə çox vaxt
məktub göndərərək onun bu
davranışının bəyənilməməsi ifadə
olunur və çox nadir hallarda ona töhmətə oxşar
məzəmmət tədbiri tətbiq edilə bilər.
ABŞ-da son
prezident seçkiləri ilə əlaqədar qalmaqal daha
böyük əks-sədaya səbəb olmuşdur. FTB-nin
Amerikanın bir neçə ştatındakı şöbələri
iri qeyri-kommersiya təşkilatı olan ACORN
Assosiasiyasının (Təxirəsalınmaz İslahatlar
üzrə Yerli Təşkilatlar Assosiasiyası) fəaliyyətini
təhqiq etməyə başlamışlar. ACORN-un əməkdaşları seçicilərin rəsmi
qeydiyyat siyahılarının tamamlanması zamanı
saxtakarlığa yol verməkdə şübhəli bilinirdilər.
ACORN rəhbərliyi
demokratlara rəğbət bəsləyən seçiciləri
qeydiyyata alarkən saxtalaşdırmalara əl atırdı. Bu siyahılar
aztəminatlı ailələri təmsil edən və ənənəyə
görə demokratlara səs verən şəxslərdən
ibarət olurdu. Beləliklə, gələcəkdə
seçicilər tərəfindən etiraz bildirilməsi
ehtimalı sıfıra endirilirdi. Obamanın
seçki kampaniyası bu təşkilatla bağlı idi.
Seçicilərin qeydiyyata alınması
üçün həmin şirkətə 800 min dollar ödənilmişdir.
Maraqlıdır ki, bu iş
üzrə birinci dinləmədən sonra Hüquq Komitəsinin
sədri Con Konyers (oğul) təzyiq altında təhqiqat
aparılması planlarından vaz keçmişdir. Hazırda
ACORN Assosiasiyasına və onun törəmə şirkətlərinə
qarşı 2008-ci il seçkilərində
dələduzluqla əlaqədar azı 14 məhkəmə
iddiası qaldırılmışdır.
Onu da xatırlatmaq yerinə
düşərdi ki, ACORN təşkilatının əsas
donorlarından biri "xeyriyyəçi" və
"narıncı inqilablar" həvəskarı Corc
Sorosdur.
Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, ABŞ-da vəzifəli şəxslər
arasında korrupsiya və dələduzluq adi haldır. "The Times" qəzetinin
yazdığına görə, amerikalı məmurlar
milyonlarla dollar rüşvət alırlar. Elə həmin qəzetin
verdiyi məlumata görə, Xüsusi Auditor Komitəsi
(SİGİR) dələduzluq haqqında 110 iş üzrə
təhqiqat aparır. Başa
çatdırılmış təhqiqat nəticəsində
sübut edilmişdir ki, ABŞ ordusunun tədarük üzrə
müvəkkillərindən ən azı 10 nəfəri
Pentaqonun kontraktlarına görə xərac
alırmış.
"Nümunəvi
demokratiya" ölkəsi olan "çiçəklənən"
Amerikanın iç üzü belədir.
MICELLE, MA BELLE...
(Mişel, mənim gözəlim... "Bitlz" qrupunun
ifa etdiyi bir mahnının sözləri)
Obamanın
özünün ailəsi də büdcə vəsaitlərinin
talan edilməsinə görə tənqid obyekti olmuşdur.
ABŞ-ın
birinci xanımı Mişel Obamanın və qızı
Saşanın İspaniyaya istirahətə getməsi
Amerikanın bəzi KİV-ləri tərəfindən tənqid
edilmişdir.
Həmin KİV-lərin qənaətinə
görə, bu istirahət həddən artıq baha başa gəlmişdir.
ABŞ Prezidenti Barak Obamanın xanımı bir
neçə gün İspaniyanın Marbeli kurort şəhərinin
yaxınlığındakı dəbdəbəli mehmanxanada
qalmışdır. "İspaniya tətilləri"
bütövlükdə amerikalı vergi ödəyicilərinə
375 min ABŞ dollarına başa gəlmişdir.
Böhran
dövründə Ağ Evin arxa həyətində
nümayişkaranə şəkildə kələm və
kahı əkən Mişel Obama İspaniyanın Aralıq dənizi
sahillərində ən yaxşı apartamentlərdə dəbdəbəli
istirahət etməkdən çəkinmir.
Üstəlik, 2010-cu ilin
iyul-sentyabr aylarında Obama ailəsi amerikalı vergi ödəyicilərinin
pulları hesabına Amerikanın dəbdəbəli və ən
yaxşı kurortu olan Martha''''''''s Vineyard kurortunda beş dəfə istirahət etmiş, bu
kurortda məxsusi onlar üçün okeana mənzərə
açılan, sahəsi 28 akr olan malikanə tutulmuşdur. Bu malikanədə bir həftə
yaşamağın dəyəri 50 min ABŞ dollarına bərabərdir.
Kral Çılpaq imiş ki!
ABŞ-ın
başqa ölkələrə münasibətdə riyakar və
əxlaqazidd davranışı onun siyasi elita nümayəndələrinin
davranışı ilə həmahəngdir. Bütün
planetə əxlaq dərsi keçən, əməlisaleh həyat
prinsiplərini öyrədən alimnüma görkəmli,
ağsaçlı möhtərəm qocalar özləri
çox vaxt insanın naqis və acgöz təbiətinin təcəssümünə
çevrilirlər.
Qeyri-ənənəvi
seksual oriyentasiyanın nümayəndələrinin
ABŞ-ın İraqda və Əfqanıstanda hərbi
kontingentində xidmətə cəlb edilməsinə rəsmən
icazə verilməsi bu ölkənin siyasi elitasında kök
salmış tarixi naqisliyin təzahürüdür.
Məsələn,
tanınmış konqresmenlər Mark Foley (Mark Foley), Veyn Heyns
(Wayne Hans), Bob Livinqston (Bob Livingston), Geri Kondit (Gary Condit),
Vilbur Mills (Wilbur Mills), Geri Stads (Gerry Studds), Den Kreyn (Dan Crane),
Con Hinson (Jon Hinson), Ken Kalvert (Ken Calvert), Don Şervud (Don
Sherwood), Fred Riçmond (Fred Richmond), Alen Hove (Allen Howe), Baz
Lakens (Buz Lukens), Barney Frank (Barney Frank), Tom Evans (Tom Evans),
hörmətli senatorlar Bob Pakvud (Bob Packwood), Geri Hart (Gary Hart),
Ted Kennedi (Ted Kennedy), Larri Kreq (Larry Graig), Artur Broun (Arthur
Brown), Devid Vitter (David Vitter), Brok Adams (Brock Adams), merlər və
qubernatorlar Ceyms MakQrevi (Nyu-Cersi qubernatoru) (James McGreevey), Nil
Holdşmit (Oreqon ştatının qubernatoru) (Neil Goldschmidt),
Cim Vest (Spokane şəhərinin meri, Vaşinqton
ştatı) (Jim West), Eliott Şpitser (Nyu-York qubernatoru) (Eliot
Spitzer), Rudi Culiani (Nyu-York meri) (Rudy Giuliani), Paul Patton (Kentukki
qubernatoru) (Paul Patton), Kvami Kilpatrik (Detroyt meri) (Kwame Kilpatrick),
Çak Robb (Virciniya qubernatoru) (Chuck Robb), Bob Uayz (Qərbi
Virciniya qubernatoru) (Bob Wise), Gevin Nyusam (San-Fransisko meri) (Gavin Newsom),
Antonio Villarayqosa (Los-Anceles meri) (Antonio Villaraigosa), Donald
DiFrançeska (Nyu-Cersi qubernatoru) (Donald DiFrancesco)
azyaşlı qızları və oğlanları yoldan
çıxardıqlarına görə ifşa olunmuş və
məsuliyyətə cəlb edilmişlər. Bu işlərin
yalnız bəziləri ilə
Bu naqislik
dövlət başçılarından, hətta ölkənin
banilərindən də yan keçməmişdir.
ABŞ-ın 22-ci və
24-cü Prezidenti Qruver Klivlend (Grover Cleveland), eləcə də
ABŞ-ın 29-cu Prezidenti Uoren Hardinq (Warren Harding)
çoxsaylı nikahdankənar əlaqələrdə
ifşa olunmuş, bu əlaqələr qanunsuz uşaqların
dünyaya gəlməsi ilə başa
çatmışdır.
Tomas Cefferson (Thomas Jefferson) və
Aleksandr Hamiltonun (Alexander Hamilton) timsalında ABŞ-ın əsasını
qoyanlar bu siyahının lap "qaymağı"
olmuşlar. Federalistlər Partiyasının ideoloqu və rəhbəri,
ABŞ Xəzinədarlıq Departamentinin birinci rəhbəri
Aleksandr Hamilton bir qadınla uzun müddət nikahdankənar əlaqədə
ifşa olunmuş, həmin qadının əri isə bu
"möhtərəm ağsaqqal"ı uzun müddət
şantaj etmişdir.
ABŞ-ın
üçüncü Prezidenti, İstiqlal Bəyannaməsinin
müəllifi Tomas Cefferson özünün 17 yaşlı
köləsi ilə intim əlaqədə olmuş və bu
qız ondan dünyaya uşaq gətirmişdir. Halbuki
müəllifi Cefferson olan ABŞ Konstitusiyasında "həyat,
azadlıq və xoşbəxtliyə can atmaq" kimi
hüquqlar böyük hərflərlə yazılmışdır.
Həqiqəti dərk etsəniz, həqiqət sizi azad
edəcəkdir
İohannın Bibliyası, 8: 31-32 (MKİ-yə
girişin döşəməsində həkk edilmiş ifadə,
Lenqli)
1992-ci ildə
"Azadlığın dəstəklənməsi
aktı"na 907-ci düzəlişin qəbul
edilməsi Amerika siyasi modelinin korrupsiyaya və tənəzzülə
uğramasının əyani nümunəsi ola bilər. Bu düzəlişə görə, guya Ermənistana
qarşı təcavüzdə təqsirkar tərəf kimi Azərbaycana
sanksiyalar tətbiq edilir. Bu gün
ABŞ-ın xarici siyasəti "ikili standartlar"ın və
bu ölkənin öz siyasi sistemindəki qüsurların
girovuna çevrilmişdir.
Son bir neçə
ayda Barak Obama Administrasiyası ABŞ-ın Azərbaycandakı
səfiri vəzifəsinə özünün namizədi olan
Mətyu Brayzənin namizədliyini Konqresdən keçirə
bilmir. Erməni lobbisinin sponsorluq etdiyi Barbara Bokser və
Robert Menendes kimi senatorlar Brayzənin bu vəzifəyə təyin
edilməsinə hər vasitə ilə əngəl törədirlər.
Beləliklə, erməni lobbisi tərəfindən
maliyyələşdirilən qrupun fəaliyyəti ABŞ
Prezidenti Administrasiyasının xarici siyasətinin həyata
keçirilməsinə mane olur. Dövlət
Departamenti və Prezident Obama isə bu halda həmin məsələni
öz axarına buraxmaqla əslində səhlənkarlıq
nümayiş etdirirlər.
ABŞ
Prezidentinin Administrasiyası və Dövlət Departamenti erməni
lobbisinin əməlləri qarşısında aciz qalır,
Amerikanın mənafelərini Kaliforniyada və bəzi
başqa ştatlarda erməni diasporunun ambisiyalı tələblərinin
nəzərə alınmasından ibarət hesab edirlər. Guya Osmanlı imperiyası tərəfindən
törədilmiş qondarma "erməni
soyqırımı"nın
tanınması üçün erməni diasporunun hər il
başladığı kampaniya buna əyani misal ola bilər. Beləliklə, ABŞ-ın xarici siyasəti erməni
təhrikçiliyinin girovuna çevrilir.
ABŞ-ın ali
siyasi rəhbərliyi özünün muzdlu maraq
qruplarının çaldığı havaya oynamaqla, "erməni
elektoratı" kartından istifadə etməklə və
faktik olaraq ermənilərin qabağından qaçmaqla siyasi
fəaliyyət baxımından bacarıqsız olduğunu
nümayiş etdirir.
Elə təsəvvür
yaranır ki, bu fövqəldövlətin xarici siyasət
konsepsiyası Dəyirmi Kabinetdə və Dövlət
Departamentində deyil, ABŞ-ın xarici siyasət
konsepsiyasına yeni baxışı formalaşdıran Kerk
Kerkoryanın ofisində, yaxud Kim Kardaşyanın yataq
otağında yaradılır. Noama Xomskinin təbirincə
desək, bu konsepsiya "aciz ştatlar"
anlayışından ibarətdir.
Yerüstü Strateji Silahlar
haqqında həyati əhəmiyyətli müqaviləni
Senatdan çətinliklə keçirən və öz
mövqelərini sona qədər müdafiə edə bilməyən,
praktiki olaraq bütün vədlərinə xilaf
çıxan indiki ABŞ Administrasiyasının bu cür
"kataklizmləri" mövcud Administrasiyanın problemləri
həll etməkdə zəiflik göstərməsindən
daha çox, Amerikanın dəyişməkdə olan dünya
nizamına münasibət bildirmək iqtidarında
olmadığını əks etdirən sistem xarakterli ciddi
problemlər olmasına dəlalət edir. Faktlar
göstərir ki, Dövlət Departamentinin müxtəlif
regionlarda proseslərin inkişaf perspektivləri barədə
təsəvvürü yoxdur. Qondarma Ermənistan-Türkiyə
yaxınlaşması dövründə dövlət katibinin
müavini Filipp Qordon rəsmi səviyyədə dəfələrlə
təkrar etmişdir ki, Qarabağ münaqişəsinin tənzimlənməsi
və Ermənistan-Türkiyə sərhədinin
açılması arasında qarşılıqlı əlaqə
yoxdur. Lakin reallıq bunun əksini göstərdi.
ABŞ-ın Cənubi
Qafqazla bağlı fərasətsiz siyasəti bir daha göstərmişdir
ki, Amerikanın sistemli tənəzzülü çox dərindir. Bu gün
ABŞ bütün həyati aspektlər baxımından
çürüməkdə olan cəmiyyəti
xatırladır. Ədalət, abır-həya,
yüksək mənəviyyat və sair əxlaqi kateqoriyalar
dünyada yüz milyonlarla insanın taleyini həll edənlər
üçün anaxronizmə çevrilir.
Azərbaycanın
ərazi bütövlüyünə faktik olaraq
etinasızlıq göstərən Amerika Birləşmiş
Ştatları Cənubi Qafqazın digər ölkəsinin -
Gürcüstanın mənafelərini müdafiə etməyə
hazırdır. Bu halda bir məqama diqqət verilmir ki, ermənilər
bu ölkəyə qarşı da ərazi iddiaları irəli
sürürlər. Dövlət katibi H.Klinton hər dəfə
fürsət yarandıqda Rusiyanın timsalında "yenidənyükləmə"
üzrə öz tərəfdaşına xatırladır ki,
Ştatlar Gürcüstanın parçalanmasını qəbul
etməyəcəkdir və status-kvonu heç vaxt
tanımayacaqdır.
Regionda ABŞ-ın hamilik
etdiyi digər dövlət - Ermənistan rəsmi
Vaşinqtonun "şər oxu"na aid
etdiyi ölkəyə və qüvvələrə fəal
surətdə silah satır. Bu halda Ermənistana
münasibətdə nəinki yüksək tondan istifadə
edilmir, hətta təcavüzkar ölkəyə maliyyə və
sosial kömək daim artırılır.
Maraqlıdır, görəsən ABŞ təcavüzkar
separatizmə hər il maliyyə
yardımı göstərməklə Dağlıq
Qarabağda "boz zonalar" və narkotrafik
yaradılmasına nəyə görə göz yumur?
Amerika siyasətinin
riyakarlığı özünü onda göstərir ki,
siyasi xadimlər ABŞ-Gürcüstan, ABŞ-Azərbaycan və
ABŞ-Ermənistan qarşılıqlı münasibətləri
barəsində sözdə bir şey deyir, əməldə
isə tamam başqa cür hərəkət edirlər. Azərbaycan beynəlxalq
terrorizmə qarşı mübarizə, planetin
ayrı-ayrı regionlarında sülhün və sabitliyin bərqərar
olması, eləcə də Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsi çərçivəsində
özünün bütün öhdəliklərini yerinə
yetirdiyinə baxmayaraq, ABŞ-ın Azərbaycana münasibətdə
siyasəti ayrı-seçkilik və subyektiv xarakter
daşıyır. ABŞ rəsmilərinin
dilindən eşidilən "strateji tərəfdaşlıq"
ifadəsi qeyri-səmimi və məzmunsuz forma kəsb edir.
Bəs bir halda
bu cür rəğbətlərin, digər halda səhlənkar
münasibətin səbəbi nədən ibarətdir?
Cavab aydındır - səbəb Birləşmiş Ştatların onu əhatə edən nə varsa hamısına tətbiq etdiyi "ikili standartlar"dır. Soyuq müharibənin hələ başa çatmamış olduğunu hesab edən ABŞ intensiv və müstəqil inkişafı onu qane etməyən dövlətlərə təzyiq göstərmək yolu ilə vəziyyəti gərginləşdirməkdə davam edir. "Öz nümunəsi əsasında və özünə oxşayan", sonradan Amerikanın maraqlarını irəlilətmək üçün meydan kimi istifadə edilə biləcək dövlətlər yaratmağa çalışan ABŞ öz fikri və fərqli inkişaf yolu olan dövlətlərin müstəqil mövqeyini qəbul etmir. Bu baxımdan, Ukrayna əyani nümunədır. "Narıncı" hökumət dövründə siyasi və iqtisadi azadlıqlar sahəsində həmişə yüksək reytinqlər alan bu ölkə V.Yanukoviçin prezidentliyinin ilk ilində bir anda Vaşinqtonun "qara siyahısı"na düşdü.
Məlumdur ki, ABŞ-ın "sözə baxmayanlar" üçün xüsusi təzyiq vasitələri vardir. Dünya tarixi göstərir ki, imperiyalar onların xoşuna gəlməyən dövlətlərə təzyiq göstərmək üçün ən müxtəlif siyasi vasitələrdən istifadə etmişlər. Lakin başqa imperiyalardan fərqli olaraq, Birləşmiş Ştatlar "möhtərəm kuklaoynadan" Corc Sorosun hazırladığı ssenarilərdən istifadə etməklə "insan hüquqları və söz azadlığı"nı işə salır.
ABŞ Prezidentinin və dövlət katibinin sözlərinə görə, Azərbaycan Amerikanın ən mühüm tərəfdaşlarından biridir. Əgər ABŞ-ın Azərbaycanla sıx siyasi əməkdaşlıq etməyə həqiqətən marağı vardırsa, onda nəyə görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla və tezliklə həll edilməsi üçün indiyə qədər az iş görülür? Cəmiyyətdə belə bir qəti inam yaranmışdır ki, Azərbaycana münasibətdə ABŞ hökumətinin sözləri ilə əməlləri tamamilə düz gəlmir. Buna görə də bütün sahələrdə əməkdaşlığı intensivləşdirməyin zəruri olması barədə ABŞ-ın bəyanatları ən azı qeyri-səmimi görünür.
Obama 2010-cu ilin sentyabrında BMT-nin Baş Məclisindəki çıxışında vurğulamışdır ki, ABŞ hər bir insanın ləyaqətinə və hüquqlarına hörmət edilməsinə zəmanət verən "İnsan haqlarının ümumi Bəyannaməsi"nin müddəalarına sadiqdir. Bu sənədin 3-cü maddəsində deyilir ki, "Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır". Lakin pilotsuz təyyarələrin hücumları, başqa ölkələrə soxulmaq və işğal etmək, xoşagəlməyən rejimlərın devrilməsi - bütün bunlar həmin bəyannamənin bu maddəsinin ciddi şəkildə pozulması faktlarıdır.
Üstəlik, BMT-nin İnsan Hüquqları Komissiyasının keçən ay dərc edilmiş məruzəsində insan hüquqları ilə bağlı vəziyyəti Amerikanın necə düzəldə bilməsi barədə 228 tövsiyə vardır.
Həmin Bəyannamənin 5-ci maddəsində deyilir: "Heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır". Quantanamo, Əbu-Qreyb və ya Bəhram həbsxanalarında işgəncələrə məruz qalmış hər bir məhbus və oğurlanmış şəxs insan hüquqlarının daha dəhşətli şəkildə pozulması faktıdır.
Özünü azadlıq ölkəsi adlandıran ABŞ, həmçinin məhbuslar diyarıdır. Dünyada ən çox məhbus burada saxlanılır: 2 milyon 300 min nəfər dəmir barmaqlıqlar arxasındadır, 3 mindən çox insan isə ölüm cəzası kameralarında əzab çəkir. Eyni zamanda, Amerika Femidasının ABŞ-ın öz tərəfdaşlarına və dost dövlətlərə münasibətdə siyasətinin mahiyyətini açıb göstərən "WikiLeaks" internet resursunu yaradan şəxsi həbs etmək cəhdləri rəsmi Vaşinqtonun söz azadlığı hüququna nə dərəcədə "əqidəli" riayət etməsini göstərir.
Ümumi Bəyannamənin 25-ci maddəsində deyilir: "Hər bir şəxs qida, geyim, yaşayış yeri və tibbi xidmət daxil olmaqla həyat səviyyəsi hüququna ... malikdir". Statistikaya görə təqribən 44 milyon amerikalı yoxsulluq şəraitində yaşayır və bu ölkənin tibbi yardımdan istifadə imkanı olmayan vətəndaşlarının sayı isə daha çoxdur. Ölkədə rəsmi işsizlərin sayı 15 milyon nəfərdir. Hesablamalara görə, təkcə bu il bir milyona yaxın Amerika ailəsi öz mənzilini itirəcəkdir.
İnsan hüquqlarının pozulmasına görə başqalarını hamıdan fəal tənqid edən bu ölkə indi vaxtilə özünün tərtib etdiyi Ümumi Bəyannaməni pozmaqda ittiham edilir. Amerikalı şair Ralf Uoldo Emerson bu barədə hamıdan yaxşı demişdir: "Sizin əməlləriniz o qədər ucadan səslənir ki, nə dediyinizi eşitmirəm".
Aşkardır ki, ABŞ Prezidenti artıq şəksiz dünya lideri deyildir - bu, faktdır. ABŞ Sovetlər ölkəsi kimi bir anda dağılmayacaqdır, lakin ştatların dünya nizamına azacıq da olsa düzəliş etmək qabiliyyəti tədricən keçmişdə qalır. Qlobal ehtiyat valyutası sayılan dolların ömrü, demək olar ki, başa çatmaqdadır, diplomatiya isə "WikiLeaks" effektinin təhrik etdiyi sızma təhlükəsinə məruz qalır.
Çox güman ki, ABŞ-ın hərbi qüdrətinin yeganə hegemonluq dövrünün də sonu yetişməkdədir. Ehtimal ki, bir iqtisadi və siyasi qüvvənin təsiri olmayan qütbsüz dünya yaranacaqdır.
Yeni dünya nizamında ABŞ tədricən qlobal gündəliyə nəzarəti itirəcəkdir, ilk növbədə regional problemlər və münaqişələr ön plana keçəcəkdir. İran, Dağlıq Qarabağ, Abxaziya və Şimali Koreyanın təcrübəsi əyani şəkildə nümayiş etdirir ki, Amerika ayrı-ayrılıqda hər bir münaqişənin xüsusiyyətini dərk etməyə qadir deyildir, yaxud adekvat hərəkət etmək istəmir.
Dünya sisteminin yeni quruluşunda regional aktorlar iri oyunçular arasında manevr etmək, öz mənafelərini müdafiə etmək üçün daha çox imkana malik olacaqdır, dünya dövlətləri isə bunu istəsələr də, istəməsələr də zamanın yeni tələblərinə uyğunlaşmaq məcburiyyətində qalacaqlar.
Aşkardır ki, ABŞ özünün daxili siyasi sisteminə yenidən nəzər salmalı, elə etməlidir ki, hər hansı qərarın qəbul edilməsi üçüncü dövlətlərin və ya təşkilatların maraqlarını güdən muzdlu qrupların və onların sponsorlarının arzu və istəklərinə deyil, dövlətin milli maraqlarına əsaslansın.
Tanınmış iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri D.Saks tamamilə haqlı olaraq yazır: "Siyasətçilər arasında ictimai əxlaq və milli strategiya ilə əlaqədar münaqişələr pul məsələsi ilə bağlıdır". Problem korrupsiyaya qurşanmış Amerika siyasətində və vətəndaş mənəviyyatının itirilməsindədir. Amerikada siyasi korrupsiyanın səviyyəsi insanı sadəcə olaraq dəhşətə gətirir. Ağlasığmaz dərəcədə bahalaşmış seçki kampaniyalarının keçirilməsi indi tamamilə puldan asılıdır. Aralıq seçkilərin dəyəri 4,5 milyard ABŞ dolları civarındadır. Obama dəyişikliklər vəd etməklə hakimiyyətə gəlmişdir. İndiyə qədər dəyişiklik yoxdur" ("Project Syndicate" - 27.XII.2010).
Bütün
bunlar müasir Amerika Birləşmiş Ştatlarının
real simasıdır. Yəqin ki, bundan artıq söz demək
olmaz. Bu halda son sual yaranır: özü qüsurlar içində
boğulan ABŞ-ın başqalarına "necə
yaşamağı və demokratik cəmiyyəti necə qurmaq
lazım olduğunu" öyrətməyə mənəvi
haqqı varmı?
Azərbaycan.- 2010.- 30 dekabr.- S. 4, 5.