Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında" qərar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında" qərar qəbul etmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qərar Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli qanunu ilə qoşulduğu 1970-ci il 1 iyul tarixli "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nə uyğun olaraq Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təhlükəsizliyinin artırılması və beynəlxalq sərnişin və yük daşımalarında rəqəmsal taxoqrafların istifadəsinin təmin edilməsi məqsədilə qəbul edilmişdir.

Qərar dekabrın 24-dən - imzalandığı gündən qüvvəyə minmişdir.

Qərar barədə daha ətraflı məlumatı www.cabmin.gov.az ünvanlı internet saytından əldə etmək olar.

 

 

Azərbaycan.- 2010.-30  dekabr.- S. 6.