Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva "Türk dünyasına xidmət" mükafatına layiq görülmüşdür

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Türk dünyasına xidmət" mükafatına layiq görülmüşdür.

Azərbaycanın Türkiyədəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, Mehriban xanım Əliyeva Türk Yazarlar Sənətçilər Vəqfinin (TÜRKSAV) İdarə Heyətinin qərarı ilə bu mükafata Ermənistanın işğal etdiyi ərazilərdən qaçqın köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi qeyri-maddi mədəniyyət abidələrinin qorunması təbliği sahəsində böyük xidmətlərinə görə layiq görülmüşdür.

Mükafatın təqdimat mərasimi gələn ay Bakıda, Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcəkdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 31 dekabr.- S. 3.