Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirmişdir

 

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi İstanbuldakı "Çırağan" sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə tədbir keçirmişdir.

Fondun Türkiyə nümayəndəliyinin rəhbəri Samir Cəfərov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bayram təbrikini tədbir iştirakçılarına çatdırmışdır. O bildirmişdir ki, Heydər Əliyev Fondu yola saldığımız ildə dünya miqyaslı humanitar layihələr həyata keçirmiş, mədəni irsimizin təbliği, kimsəsiz əlil uşaqlara qayğı göstərilməsi istiqamətində mühüm addımlar atmışdır.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Meral Akşener, İstanbul valisi Hüseyn Avni Mutlu, ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov son illər regionda ən yüksək inkişafa nail olmuş dünyada nüfuzunu daha da artırmış Azərbaycan dövlətinin tərəqqisindən, Prezident İlham Əliyevin türk Azərbaycan diaspor təşkilatlarının həmrəyliyinə verdiyi əhəmiyyətdən, qardaş ölkələrimizin ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamına uyğun olaraq gündən-günə daha da möhkəmlənən əlaqələrindən ətraflı bəhs etmişlər.

Tədbirdə incəsənət ustaları Azərbaycan türk mahnılarını ifa etmişlər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.- 2010.- 31 dekabr.- S. 8.