Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti
zati-aliləri cənab
Mahinda Racapaksaya
Hörmətli cənab
Prezident!
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti
vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə
Sizi ürəkdən
təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül
tapmış dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı,
əlaqələrimizin genişləndirilməsi
yolunda bundan sonra da birgə
səylər göstərəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost Şri-Lanka xalqının
rifahı naminə fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 2 fevral.- S1.