Oman Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

 

Oman Azərbaycan ilə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bu fikri Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusif bin Aləvi bin Abdulla Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşdə söyləmişdir. Bununla əlaqədar iki ölkə arasında müqavilə-hüquqi bazanın genişləndirilməsi sahibkarlıq fəaliyyətinin nizamlanmasına dair sənədlərin tezliklə ratifikasiya olunması xüsusi qeyd edilmişdir.

Omanın xarici işlər üzrə məsul naziri Azərbaycan ölkəsi arasında aviaəlaqə yaradılması barədə razılaşma əldə olunmasının əhəmiyyətini vurğulamışdır. Yusif bin Aləvi bin Abdulla 1992-ci ildə Bakıya səfərindən bəri Azərbaycanın paytaxtında baş vermiş müsbət dəyişikliklərə heyran olduğunu bidirmişdir.

Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini müdafiə etdiyinə görə Oman Sultanlığının rəhbərliyinə təşəkkür etmişdir. A.Rasizadə əmin olduğunu bildirmişdir ki, Azərbaycanda Omanda səfirliklərin açılması barədə qəbul edilən qərar ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə imkan yaradacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 3 fevral.- S. 1.