Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Azərbaycanda səfərdədir

 

Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdulla Azərbaycanda səfərdədir.

Yusuf bin Alavi bin Abdulla fevralın 2-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Sonra qonaq onu müşayiət edən şəxslər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Jurnalistlərə müsahibəsində omanlı nazir demişdir: "Səfərin məqsədi qardaş Azərbaycanla əlaqələrimizi daha da inkişaf etdirməkdir. Bizim əlaqələrimiz çox möhkəmdir ölkələrimiz arasında bir sıra layihələr həyata keçirilir. Biz yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəyik".

Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını vurğulayan qonaq Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinə ümid etdiklərini bildirmişdir.

 

 

Azərbaycan.- 2010.- 3 fevral.- S. 2.