Türkiyənin Baş naziri bir daha
ATƏT-in Minsk qrupunu səylərini gücləndirməyə çağırmışdır
Türkiyə Cənubi
Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması
çərçivəsində fəaliyyəti davam etdirməklə
yanaşı, mədəni və tarixi əlaqələri olan
Azərbaycanla münasibətləri inkişaf etdirmək,
habelə qarşılıqlı etimadı sarsıtmadan
bölgənin "açar" ölkələrindən
biri kimi gördüyümüz Azərbaycanın Ermənistan
ilə problemlərini də tez bir zamanda həll etmək
üçün çox ciddi səylər göstərir.
Bu fikri Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan Beynəlxalq
Strateji Araşdırmalar Mərkəzinin Ankarada keçirilən
toplantısındakı çıxışında
bildirmişdir.
Baş nazir əlavə etmişdir ki, bu məsələdə ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü vəzifəni yerinə yetirməsi lazımdır. Rusiya, Fransa və ABŞ problemin həllində səylərini artırmalıdır.
Rəcəb Tayyib Ərdoğan bir daha Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarının bu ölkə ilə imzalanmış protokollara zərbə vurduğunu, Türkiyənin öhdəliklərinə sadiq olduğunu və eyni sədaqəti rəsmi Yerevandan da gözlədiklərini demişdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2010.- 4 fevral.- S. 1.