Prezident İlham Əliyev xalq artisti Əlibaba Məmmədova "İstiqlal"
ordenini təqdim etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də xalq artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə təltif olunduğu "İstiqlal" ordenini təqdim etmişdir.
Prezident İlham ƏLİYEV muğam ustadına müraciətlə dedi:
- Mən sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram.
Siz uzun illərdir ki, öz sənətinizlə Azərbaycanın milli musiqisini təbliğ edirsiniz, ifaçılıq ustalığınızla Azərbaycan xalqını sevindirirsiniz. Azərbaycanın sərvəti olan muğam sənətini uzun illər ərzində qoruyursunuz, inkişaf etdirirsiniz, gənc nəsli bu gözəl sənətə cəlb edirsiniz. Bütün bu işlər Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövləti sizin fəaliyyətinizi müxtəlif dövrlərdə yüksək qiymətləndiribdir. Bildiyiniz kimi, mən də bu gözəl yubileyiniz münasibətilə sizi Azərbaycan dövlətinin yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişəm. İstəyirəm ki, bu gün özüm bu ordeni sizə təqdim edim.
* * *
Prezident İlham Əliyev "İstiqlal"
ordenini Əlibaba Məmmədova təqdim etdi.
* * *
Xalq artisti Əlibaba MƏMMƏDOV dövlətimizin
başçısına təşəkkür
edərək dedi:
- Əzizimiz və çox hörmətli cənab Prezidentimiz!
Mən səmimi qəlbdən Sizə öz təşəkkürümü bildirirəm ki, məni dövlətimizin ən yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmisiniz. Bu təkcə mənə yox, bizim milli sərvətimiz olan muğamlarımıza hörmətdir. Bu, bizim muğam ifaçılarımıza, eyni zamanda, xalqımıza böyük hörmətdir. Buna görə çox sağ olun.
İnandırıram Sizi, üç gündür ki, mən telefonlara cavab verməkdən yorulmuşam, hətta başqa ölkələrdən - Almaniyadan, İrandan mənə zəng vururlar. Eyni zamanda, bölgələrimizdən zəng vurur, məni təbrik edir, Sizə isə "Sağ ol" deyirlər. Deyirlər ki, sağ olsun cənab Prezidentimiz, Allah ona uzun ömür, cansağlığı versin. Bu, böyük mükafatdır, bilirsiniz. Qaldı ki mənə, vallah "Sağ olun" deməkdən başqa söz tapa bilmirəm. Bu, xalqımıza hörmətdir. Çox böyük işdir ki, bu yaşımda, bu yubileyimdə məni sevindirdiniz. Allah-taala Sizi qorusun, xalqımızın üstündən əskik etməsin. Allah-taala Sizi xalqımız üçün qorusun, bizim üçün qorusun. Çox sağ olun.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun, Əlibaba müəllim. Bir daha sizi təbrik
edirəm. Doğrudan da muğam sənəti Azərbaycan xalqının qəlbində
yaşayır. Mən çox
sevinirəm ki, gənc nəsil bu gözəl sənətə qoşulub.
Muğam
müsabiqələrinin keçirilməsi
özlüyündə bunun
gözəl göstəricisidir.
Yəni,
muğam müsabiqələri
artıq Azərbaycan həyatının ayrılmaz
bir hissəsinə çevrilibdir. Bütün insanlar
bu müsabiqələri
gözləyirlər və
buna çox maraqla münasibət bəsləyirlər. Əlbəttə ki, sizin kimi
görkəmli ifaçılar,
muğam sənətinin
ustadları gənc nəslin bu gözəl sənətə
cəlb edilməsində
mühüm rol oynayırlar. Azərbaycan xalqı,
Azərbaycan mədəniyyəti
yaşadıqca, bu sənət də yaşayacaqdır.
Mən bütün işlərinizi
çox yüksək
qiymətləndirərək sizə bir daha
təbriklərimi bildirirəm. Sizə uzun
ömür, cansağlığı
arzulayıram. Arzu edirəm
ki, siz uzun
illər bundan sonra öz tamaşaçılarınızı
sevindirəsiniz və
Azərbaycanın milli
musiqisinin həm Azərbaycanda, həm dünyada təbliğ edilməsində səylərinizi
göstərəsiniz.
Xanəndə Əlibaba
MƏMMƏDOV: Çox sağ olun. Mən də minnətdaram.
AzərTAc
Azərbaycan.- 2010.- 9 fevral.- S. 1.