Yunanıstan Respublikasının Prezidenti
zati-aliləri cənab
Karolos Papulyasa
Hörmətli cənab
Prezident!
Yunanıstan Respublikasının Prezidenti
vəzifəsinə yenidən
seçilməyiniz münasibətilə
Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Yunanıstan
dövlətlərarası münasibətlərinin inkişafı,
dostluq əlaqələrimizin
genişləndirilməsi, istər
ikitərəfli qaydada,
istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə
səylər göstərəcəyik.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost Yunanıstan xalqının
rifahı naminə fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 9 fevral.- S. 1.